Erməni deputatdan Sarkisyanı qətldə suçlayır Siyasət

Erməni deputatdan Sarkisyanı qətldə suçlayır

Nikol Paşinyan: "Onun vəzifədə olduğu illərdə çoxlu sayda rəsmi şəxslər qətlə yetirilib"

"Sərkisyan milli təhlükəsizlik xidmətinin başçısı olduğu illərdə Ermənistanda çoxlu sayda rəsmi şəxs qətlə yetirilib".
Bunu "Çıxış" fraksiyasının sədri, deputat Nikol Paşinyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş verən hadisədən danışarkən deyib.
"Yada salmaq istəyirəm ki, 1999-cu il oktyabrın 27-də Serj Sarkisyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin başçısı idi. Baş nazirin, parlament sədri və parlamentdə deputatların təhlükəsizliyini təmin etmək onun birbaşa vəzifə borcuna daxil idi. Sonradan aydın oldu ki, bu hadisədən hüquq-mühafizə orqanlarının əvvəlcədən məlumatı var imiş. Ancaq Milli Təhlükəsizlik Xidməti hadisənin qarşısını almaq üçün heç bir tədbir görmədi. Nə qədər ki, Serj Sarkisyanın əlində hakimiyyət var, həmin cinayət işi heç vaxt açılmayacaq", - o vurğulayıb.