“Kreml hesabatı” Ermənistanı çökdürəcək Siyasət

“Kreml hesabatı” Ermənistanı çökdürəcək

Erməni mətbuatı: "ABŞ-ın yeni sanksiyalar siyahısında erməni iş adamarının adları var"

Əgər Ermənistan hakimiyyəti Rusiyanın birbaşa təsirindən xilas olmaq üçün daha açıq sistem yaratmağa nail olmasa, o zaman ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının təsirindən sığortalana bilməyəcək.
Bu barədə Ermənistanın "Armenianreport" portalının Ağ Evdəki mənbələrə istinadən yayımladığı yazıda məlumat verilir.
"Armenianreport"un yazdığına görə, 2018-ci ilin sonunadək Tranp adminstrasiyası Putinin ən yaxın ətrafına daxil olan məmur və iş adamlarının adlarının yer aldığı "Kreml hesabatı" adlanan sənədi Konqresə təqdim edəcək.
ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə sabiq əlaqələndiricisi, "Atlantic Council" Mərkəzinin eksperti Daniel Frid "Kommqersant" qəzetinə açıqlamasında bildirib ki, "Kreml hesabatı" Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinə və aqressiv siyasətinə qarşı ən sərt cavab olacaq.
"Armenianreport" məlumatına görə, "Kreml hesabatı"nda Ermənistan və Rusiya hakimiyyəti ilə fəal əlaqələri olan erməni əsilli iş adamlarının adı da yer alıb və bu səbəbdən də Ermənistan hakimiyyəti çətin seçim qarşısında qalıb: "Rusiyaya qarşı sanksiyalar Ermənistana da ciddi təsir göstərəcək və ölkənin iqtisadiyyatına son zərbəni vuracaq".