Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Milli Məclisdə televiziyalar sərt tənqid olundu

Milli Məclisdə televiziyalar sərt tənqid olundu Siyasət

Milli Məclisdə televiziyalar sərt tənqid olundu

Musa Qasımlı: "Bəzi verilişlər xarici mərkəzlər tərəfindən hazırlanır və onların maliyyə dəstəyi ilə həyata keçirilir"

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 19 məsələ daxil edilib. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq sərəncam verib: "Müvafiq qurumlar bu tədbirlərin üzərində işlər aparırlar". O qeyd edib ki, qarşıdan həm də parlamentin 100 illiyi gəlir: "Biz təxminən gələn ilin iyun ayının 10-a qədər parlamentin 100 illiyini keçirəcəyik. Bu yöndə də müyyən tapşırıqlar verilib".
Millət vəkili Rasim Musabəyov qeyd edib ki, Gürcüstanın muxtariyyətlərinin müstəqilliyini Rusiya tanıyır, Ermənistan beynəlxalq arenalarda verdiyi bəyanatlarla ərazi bütövlüyünün əleyhinə çıxır: "Hesab edirəm ki, erməni məhsulları üçün dəhlizin açılması Gürcüstana fayda vermir, Azərbaycanda da narahatlıq doğurur. Keçən il İran, Ermənistan və Gürcüstan ərazisindən keçməklə qaz nəqli ilə bağlı gedən danışıqlar nəticə vermədi. Baş nazirin verdiyi bəyanatın da nəticə verəcəyini düşünmürəm. Gərək Azərbaycanla Gücrcüstan arasında etimad pozulmasın. Biz müttəfiqik və narazılıqları aradan qaldırmalıyıq".
Deputat Əflatun Amaşov qeyd edib ki, Gürcüstanın Azərbaycanın maraqlarına zidd addım atacağına inanmır: "Gürcüstanın belə bir addımı atması zorla qoparılmış ərazilərinin müstəqilliyini tanıması deməkdir. Bu işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyün hər zaman dəstəkləyib. Gürcüstan hər baxımdan bizə yaxın ölkədir". Millət vəkillərinin qaldırdıqları məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib: " Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna bununla bağlı tapşırıq veriləcək. Məsələ araşdırılmalıdır. Bu saziş hətta gürcü politoloqlar tərəfindən də kəskin etiraza səbəb olub və bunu pisləyiblər. Onlar bu sazişi Azərbaycan-Gürcüstan strateji müttəfiqliyinə xələl gətirən amil kimi dəyərləndiriblər. Ona görə də hesab etmirəm ki, Gürcüstan Azərbaycanla bağlı strateji müttəfiqliyə arxa çevirsin və bu mümkün deyil".
Oqtay Əsədov əlavə edib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna bununla bağlı tapşırıq veriləcək: "Məsələ araşdırılmalıdır".
Deputat Fazil Mustafa bildirib ki, 2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bildi: "Lakin daxili siyasətdə problemlər mövcuddur". Daha çox iqtisadi sahədə baş verən proseslərdən narahatlığını bildirən deputat deyib ki, maliyyə axını digər ölkələrin iqtisadiyyatının inkişafına xidmət edir: "Bu məsələlərə ciddi nəzarət olunmalıdır. Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər və bu məsələ üzərində düşünmək lazımdır. Sabah insanları həbsə atmaqla problemləri həll etmək olmaz. Odur ki, bu məsələyə ciddi diqqət yetirilməlidir".
Deputat AXC-nın 100 illiyi ilə bağlı aparılan hazırlıq işlərindən narazı olduğunu bildirib. "Bu sahədə çox ləng iş gedir və hiss olunacaq səviyyədə deyil. Ciddi bir film çəkilmədi, kitab çap olunmadı. Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik".
Deputat Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırıb. Q. Paşayeva bildirib ki, ötən gün qarşıdan gələn bayramlar münasibət ilə bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşüb: "Orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər".
Deputat bildirib ki, onların bu xahiş və təklifini səsləndirməklə yaxın zamanlarda bu məsələyə baxılmasını xahiş edir: "Fiziki imkanları məhdud gənclərimiz Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər. Bu, onlar üçün çox böyük dəstək olar. Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin. Çünki onlara üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Və ödənişli ali təhsil alan əlillər Milli Məclisdən yaxın zamanlarda bu məsələyə baxılmasını və öz həllini tapmasını gözləyirlər".
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, 2017-ci ildə Azərbaycan parlamentində çox ciddi işlər görülüb: "Biz bu il müxtəlif dövlət orqanları vasitəsilə beynəlxalq təşkilatlarla münasibətlərimizi daha da gücləndirmişik, ikitərəfli və çoxtərəfli görüşlərimizdə Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə nail olmuşuq. Azərbaycanda həyata keçirilən islahatlar gənclər və idman sahəsini də əhatə edib". Komitə sədri bildirib ki, artıq Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır: "Cənab prezidentin bu istiqamətdə təşkil etdiyi işləri beynəlxalq təşkilatlar çox yüksək qiymətləndirirlər. Azərbaycan idmançıları müxtəlif medallar, yüksək nəticələr əldə ediblər. Biz bü gün Azərbaycanın müstəqil siyasət həyata keçirdiyini görür və dəstəkləyirik. İnanıram ki, növbəti ildə də bu sitiqamətdə müxtəlif işlər davam etdiriləcək. Düzdür, hərdən sosial şəbəkələrdə Milli Məclisin deputatları haqqında müəyyən söz-söhbətlər olur. Bizim də işimiz ondan ibarət olmalıdır ki, ölkədə gedən islahatları dəstəkləməliyik. Bunu sadə insanlara da çatdırmalıyıq. Mənə elə gəlir ki, parlament bu işi yüksək səviyyədə həyata keçirir. Biz gələn il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyini və Azərbayacn Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyini qeyd edəcəyik. Gələn ilin noyabrında "EXPO 2025"lə bağlı səsvermə keçirləcək. Mən deputatlarımıza gələnilki fəaliyyətində uğurlar arzulayıram".
Millət vəkili Musa Qasımlı telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarını, dahilərini və tarixi abidələrini şühbə altına alan verilişlər verməkdə ittiham edib. Musa Qasımlı telekanal və media rəhbərlərini bu məsələdə məsuliyyətli olmağa və onları Azərbaycanın milli maraqlarına zərbə vurmamağa çağırıb: "Düzdür, bu gün senzura yoxdur. Lakin bundan sui-istifadə etmək lazım deyil. Bu gün telekanallarda milli və tarixi şəxsiyyətlərimizin milli kimliyini şübhə altına alan verilişlərin şahidi oluruq. Hesab edirəm ki, belə verilişlər bəzi xarici mərkəzlər tərəfindən hazırlanır və onların maliyyə dəstəyi ilə həyata keçirilir. Bunun da hədəfi bəllidir. Bu yolla xarici mərkərlər Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə çalışırlar. Guya azərbaycanlılar hər hansı dünya səviyyəli tarixi şəxsiyyət yetişdirə bilməz, onlar aborigen deyil, yüksək mədəniyyətə malik deyillər.
Ona görə də TV və digər media rəhbərlərini məsuliyyətli olmağa çağrıram. Bir daha təkrar edirəm ki, senzura yoxdur. Amma bundan tarixi şəxsiyyətlərimizi, qəhrəmanlarımızın milli kimliyini, tarixi abidələrimizin tarixini şübhə altına alan verilişlər hazırlamaq və ya yazılar yazmaqla cəmiyyətdə belə şübhələrə yol açmaq düz deyil. Hesab edirəm ki, media rəhbərləri məsuliyyətini dərk etməli və fəaliyyətlərini milli maraqlar və onun müdafiəsi istiqamətində qurmalıdırlar".
Parlamentin payız sessiyasının sonuncu plenar iclasında 19 məsələyə baxılıb. Azərbaycan Milli Məclisinin payız sessiyası başa çatıb. İclasın sonunda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub. Müraciəti deputat Məlahət İbrahimqızı oxuyub. Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağırılır.
Müraciətdə bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub
Son olaraq çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov payız sessiyasının başa çatdığını elan edib. O bildirib ki, Azərbaycan Milli Məclisi 2017-ci ildə uğurlu və səmərəli fəaliyyət göstərib.
Oqtay Əsədov bildirib ki, il ərzində Milli Məclisin 24 iclası keçirilib, 472 qanun və qərar qəbul edilib: "Milli Məclıis prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunverici bazasını zənginləşdirib. Bu il ərzində Milli Məclisin deputatları beynəlxalq səfələrdə olublar. Bir sıra ölkələrdə prezident seçkilərini müşahidə ediblər. İl ərzində depuutatlar 150-dən çox xarici ölkədə səfərdə olub. 65 xarici dövlətin və beynəlxalq təşkilatın nümayəndələri Azərbaycana, Milli Məclisə gəliblər. Ümumilikdə onların sayı min nəfərdən çox olub". Çıxışının sonunda Oqtay Əsədov Azərbaycan prezidentini, birinci vitse-prezidenti, deputatları və jurnalistləri təbrik edib.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib.
Bununla da deputatlar tətilə çıxıblar. Tətil yanvarın 15-də başa çatacaq.

Əli