Ermənistan xəritədən silinə bilər Siyasət

Ermənistan xəritədən silinə bilər

Ermənistanda qəfildən uşaqların doğulması azalıb, boşanmaların sayı isə buna tərs mütanasib olaraq artıb. Bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Hesabat ötən ilin yekunlarına əsasən hazırlanıb.
Bu arada Rusiya Daxili İşlər Nazirliyi 250 min sağlam və gənc erməni miqrant kimi bu ölkədə çalışdığını açıqlayıb. Belə açıqlamadan sonra uşaqlar haradan olmalıdırki? İş, pul yoxdur, yemək isə hər zaman lazım olanda nə etmək olar? Kim bacarırsa, bəxti gətiribsə birdəfəlik qərbə köçüb. Başqaları isə Rusiyada özlərinə sığınacaq tapıblar.
Amma bir şey maraqlıdır – erməni xalqı öz prezidentləri Serj Sarkisyanı yarı yolda qoyur. Axı ötən il o çıxış edərək gənclərin qarşısında öhdəlik qoydu - əhalinin sayı 4 milyona çatmalıdır. Bu gün isə Ermənistan əhalisi 2 milyon 800 min nəfərdir (2011-ci ildəki siyahıyaalmaya görə). Bu rəqəmlər də ehtimal ki, şişirdilib.
Əgər uşaq sahibi olmamaq, ailə qurmamaq tendesiyası davam edərsə Ermənistanda cəmi bir neçə yüz min əhali qala bilər. Onlar da ancaq qocalar olacaq. Amma buna baxmayaraq onların prezidenti Sarkisyan yerində qalacaq. Əgər lazım olarsa o yaşına baxmayaraq şəxsi təcrübəsində ölkə əhalisini necə artıqmağın lazım olacağını da göstərəcək.
Serj Sarkisyan isə hələ uzun illər baş nazir postunda Ermənistanı idarə etməyi planlaşdırır. Bu günlərdə Ermənistan prezidenti 7 illik proqramı təqdim edib. Burada ordunun radikal şəkildə müasirləşdirilməsi, hərbi xərclərin artırılması nəzərdə tutulub. Bu il xərcləri 17,6 faiz, 2 il sonra isə daha çox artırmaq planlaşdırlır.
Amma erməni jurmalistlər daha çox diqqəti bir məqama çəkirlər - niyə Sarkisyanın bu müasirləşməsi düz 7 il davam etdir və hansı kriteriyalar əsas götürüb?. Bəlli olub ki, Sarkisyan hələ 7 il ölkədəki hakimiyyətini saxlamaq niyyətindədir.
Eyni zamanda "Jamanak" qəzeti bildirir ki, hakim partiyanın yaxın günlərdə iclası olacaq. Guya bu iclasda Sarkisyanı yeni baş nazir olmağa inandırmağa çalışacaqlar. İş ondadır ki, öz boşboğazlığına görə Sarkisyan özü özünü dalana salıb. 4 il öncə o bəyan edib ki, konsitutsiya dəyişikliyindən sonra baş nazir postuna namizədliyini irəli sürməyəcək, sadəcə dincələcək. Görünür ki, bu açıqlamasından sonra o bütün respublikanın ağlaşama quracağını, ona ölkəni idarə etmək üçün yalvaracağını gözləyib. Amma bu baş vermədi. Hələ üstəlik insanlar küçələrə çıxaraq Sarkisyanın getməsni tələb etdilər. Bunun üçün də belə oyun qurulub. Partiya üzvləri toplaşacaq, ondan xahiş edəcək. Sarkisyan da hər zaman ictimai maraqları şəxsi qazancından öndə tutan biri kimi baş nazir olmağa razılaşacaq.
Bu arada statistika iqtisadi vəziyyətin gün-gündən pisləşdiyini deyir. Ermənistana gətirilən məhsulların sayı çıxarılandan çoxdur. Statistika iddia edir ki, ticarət balansındakı defisit Ermənistan üçün çox qorxulu səviyyədədir – 3 milyard dollar. Beynəlxaq Valyuta Fondu da xəbərdarlıq edir ki, bank sistemi can üstündədir. Buna işsizlik, yoxsulluq, qiymətlərin kəskin artımı, güclənən miqrasiya əlavə ediləndə isə nəyin baş verəcəyini bilmək elə də çətin deyil. Bu yay insanlar yenidən meydanlara çıxacaq. Tələbləri isə yeganə olacaq - "Serjik get, həmişəlik!".
Bu arada yerli KİV-in yazdığına görə, Ermənistanda offşorların adını dəyişdirərək "xüsusi vergi sistemi olan ölkələr (coğrafi ərazilər)" qoymaq və onların siyahısını genişləndirmək qərarına gəlinib.
Ofşor zonalar adətən kənar şirkətlər üçün vergi cənnəti rolunu oynayır və bir çox kriminal qruplaşmalar həmin zonalardan istifadə etməklə çirkli pulları yuyurlar. Çünki ofşor zonalar daxil olan pulların mənbəyi barədə məlumatları gizli saxlayırlar, həmin pullardan yalnız aşağı faizlərlə vergi tuturlar. Öz iqtisadiyyatlarını qorumaq üçün ofşor şirkətlərin həmin ölkələrin iqtisadiyyatına sərmayə yatırmağa imkanı yoxdur.
İqtisadçı ekspert Vüqar Bayramov Ermənistanda ofşorların adının dəyişdirilməsini bu terminə münasibətin dəyişdirilməsi niyyəti ilə izah edir:
"Adətən ölkələr özlərinin ofşor kimi təqdim edilməsini istəmirlər. Həmçinin, ofşorlara göndərilən vəsaitlər də ictimaiyyətin diqqətini xüsusi cəlb edir. Ofşorların adının dəyişdirilməsi və siyahısının genişləndirilməsi göstərir ki, Ermənistanda xeyli qeyri-rəsmi pul yığılıb və həmin pulları ofşorlara göndərərək yumaq istəyirlər. Buna görə də bank əməliyyatlarını pulların offşorlara yox, "xüsusi vergi sistemi olan ölkələr"ə getməsi kimi rəsmiləşdirmək istəyirlər",- deyə Vüqar Bayramov vurğulayır.
Əslində, genişlənən ofşor siyahısında Cənubi Koreyanın adının olması da iqtisadçı ekspertin dediklərini təsdiqləyir. Ermənistanın indiki rəhbəri Serj Sarkisyanın bu ölkə ilə xüsusi əlaqələri var. Bir neçə il öncə Serj Sarkisyan Cənubi Koreyaya gedərək orada xüsusi cavanlaşma - botoks, mezoterapiya və s. əməliyyatlarından keçmişdi və bunun üçün 200 min dollara qədər pul ödənmişdi. Yəqin pullar həmin kanalla ölkəni tərk edəcək.
Əslində, Serj Sarkisyan əlindəki vəsaitləri indidən ofşorlara çıxarmaqla aprelin əvvəlinə hazırlaşır. Aprelin əvvəlində Serj Sarkisyan prezident kürsüsündən gedəcək və onun baş nazir kimi hakimiyyətdə qalıb-qalmayacağı hələ də sual altındadır. Hakim parityanın namizədi Armen Sarkisyan Britaniyada yaşayır və qərbə yaxından bağlı adamdır. Onun öz hakimiyətində "Daşnakustyun"a əsaslanacağı barədə ehtimallar var. Bu isə Serj Sarkisyanın baş nazir kimi hakimiyyətdə qalma şansını azaldır. Yəni aprelin 2-də prezident seçilən Armen Sarkisyan incə bir üsulla Qarabağ klanını hakimiyyətdən sala bilər - daşnaklarla, Nikol Paşinyanın rəhbərlik etdiyi "Çıxış" qrupu və Sarukyan blokları ilə əlaqəyə girərək klanı tarixə göndərə bilər. Yetərincə ehtiyatlı olan Sarkisyan məhz həmin günə hazırlaşır.