Kaspşik Qazaxda RİH başçısı ilə görüşüb Siyasət

Kaspşik Qazaxda RİH başçısı ilə görüşüb

Dünən Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirmək üçün bölgəyə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Qazax rayon İcra Hakimiyyətində (RİH) olub.
RİH başçısı Rəcəb Babaşovla görüşən müşahidəçilər sərhəddə yerləşən kəndlərə yola düşüblər.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinq keçiriləcək.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparacaqlar.