“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
18:05
357
Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra tədarük müqavilələri və anlaşma memorandumu imzalanıb.
Bunu Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün sosial media hesabında paylaşımında bildirib.
Onun sözlərinə görə, iki ölkənin müdafiə imkanlarını gücləndirəcək müqavilələr aşağıdakılardır:
TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin tədarükünə dair müqavilə;
ASELSAN ilə ALP-100 radarının tədarükünə dair anlaşma memorandumu;
BAYKAR ilə “Mızrak” ağıllı dolaşan sursatının tədarükünə dair müqavilə;
BAYKAR ilə “Antidot” sisteminin tədarükünə dair müqavilə;
ROKETSAN ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilə.
Haluk Görgün qeyd edib ki, müqavilələrin ümumi dəyəri 500 milyon ABŞ dollarını ötür.
“Bu müqavilələrin iki qardaş ölkə üçün xeyirli olmasını arzulayıram”, - deyə o əlavə edib.