“Danışıqlarda tərəflərin fəaliyyəti üçün hər şey edəcəyik” Siyasət

“Danışıqlarda tərəflərin fəaliyyəti üçün hər şey edəcəyik”

"2018-ci ildə ATƏT-də sədrlik edən İtaliya Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həllinə görə, tərəflərin fəaliyyəti üçün hər şey edəcək".
Bunu İtaliyanın ATƏT-dəki sədrliyinin mətbuat attaşesi Covanni Davoli "Armenpress" nəşrinə müsahibəsində bildirib.
Covanni Davoli deyib ki 2018-ci ilin aprel ayından ATƏT-ə sədrlik edən İtaliyanın 3 prioriteti var: "Keçmiş sədrlərin fəaliyyətini davam etdirərək biz Ukraynada və onun ətrafında, o cümlədən ATƏT ərazisində olan digər münaqişələrin həllini bütövlükdə dəstəkləyəcəyik, Nazir Alfano bu məqsədli yanvarın 30-31-də Ukraynaya səfər etdi, ATƏT-in fəaliyyətdə olan sədri kimi Donbasda və Moskvada (fevralın 1-də) oldu.
Biz ATƏT-in miqrasiyada rolunu fərqləndirərək Aralıq dənizi hövzəsində vəziyyətədə xüsusi diqqət göstəririk.
ATƏT-in üç "istiqaməti" üzrə aktiv yanaşma nümayiş etdiririk: hərbi-siyasi, iqtisadi-təbiət mühafizəsi və insan hüquqları. Yalnız bundan sonra milli msələlərlə bağlı sahələr (terrorizm, kiber təhlükəsizlik, qanunsuz silah daşıma ilə mübarizə, narkotiklər, mədəni dəyərlər və zərərli tullantılar) yer alır".
Covanni Davoli müsahibəsində ölkəsinin Qarabağ münaqişəsinin həlli prespektilərinə münasibətini də açıqlayıb: "Bu qərarın tərkib hissələri danışıqlar masası üzərindədir – onlar Minsk Qrupu tərəfindən təqdim edilib. Müvafiq olaraq biz artıq qəbul edilən yanaşmaya tam uyğun şəkildə fəaliyyət göstəririk. Keçmiş sədrlər ruhundan fəaliyyət göstərərək Minsk Qrupunu dəstəkləyəcəyik. Madrid prinsipləri və Helsinki Yekun Aktı ruhunda tərəflərə kömək üçün hər şey edəcəyik".