Çempionlar Liqası: “Sabah" növbəti mərhələyə yüksəldi - YENİLƏNDİ İdman

Çempionlar Liqası: “Sabah" növbəti mərhələyə yüksəldi - YENİLƏNDİ

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin KuPS (Finlandiya) – “Sabah” oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, Kuopio şəhərində keçirilən cavab görüşündə Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

“Bayquşlar”ın qollarını 53-cü dəqiqədə Velko Simiç, 70-ci dəqiqədə isə Coy-Lens Mikels vurub.

Beləliklə, “Sabah” iki oyunun nəticəsinə görə 3:0 hesabı ilə KuPS-u mübarizədən kənarlaşdıraraq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Bayquşlar” növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. Azərbaycan çempionu bu qələbə sayəsində həm də ən azı UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

***
20:28

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin KuPS (Finlandiya) – “Sabah” matçında Azərbaycan təmsilçisi ikinci qolu vurub.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində Coy-Lens Mikels fərqlənərək hesabı 2:0-a çatdırıb.

Hazırda “Sabah” matçda 2:0 (iki oyunun nəticəsinə görə isə 3:0) hesabı ilə öndədir.

20:12
***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən KuPS (Finlandiya) – “Sabah” matçında hesab açılıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində “bayquşlar”ın heyətində Velko Simiç fərqlənib.

Azərbaycan təmsilçisi ümumi hesabda 2:0 öndədir.

***
20:03

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin KuPS – “Sabah” oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Finlandiyanın Kuopio şəhərindəki Mərkəzi Stadionda keçirilən qarşılaşmada ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.

Görüşü israilli FIFA referisi Qal Leyboviç idarə edir.
Tərəflər arasında ilk görüşün nəticəsinə əsasən “Sabah” 1:0 üstünlüyə malikdir.

***
19:48
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin KuPS – “Sabah” matçında ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Kuopio şəhərindəki Mərkəzi Stadionda keçirilən qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb – 0:0.

Görüşü israilli FIFA referisi Qal Leyboviç idarə edir.

***
19:00

Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Masazır klubu Finlandiyanın Kups komandası ilə qarşılaşır.

Kuopio şəhərindəki "Savon Sanomat Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Matçı israilli baş hakim Qal Leybovitz idarə edir.

Komandalar arasında Masazırda baş tutan ilk qarşılaşmada "Sabah" 1:0 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edir.