Milli Məclisdə AŞ PA-nın qərarına etiraz Siyasət

Milli Məclisdə AŞ PA-nın qərarına etiraz

Oqtay Əsədov: "Onlar həmişə qərarlarından sonra peşman olublar"

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib.
Millət vəkilləri əvvəlcə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində sanksiya tətbiq edilməsini sərt tənqid ediblər.
Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, Azərbaycanın bəzi "vətənpərvər"ləri bu məsələni əldə bayraq ediblər: "Qəzetlər, saytlar bütün günü bundan yazırlar. Təbii ki, bu, ədalətsiz qərardır. Deyirlər ki, guya bu sanksiya ilkdir. Belə deyil, bir dəfə sanskiya qoyulmuşdu".
O bildirib ki, bəziləri bunun ilk sanksiya olduğunu deyirlər: "Bu, doğru deyil, dəfələrlə belə olub. Onlar həmişə qərarlarından sonra peşman olublar".
Oqtay Əsədov xatırladıb ki, AŞ PA-nın bir qərarına əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular: "Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi, xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım. Dedim ki, biz sanksiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclaslarını Azərbaycanda keçirdilər. Səməd Seyidova qarşı qərar ədalətsizdir, bunu hər kəs bilir. Səməd Seyidov bizim mübariz deputatımızdır, işini həmin qaydada davam etdirəcək".
Spiker vurğulayıb ki, AŞ PA-da Dağlıq Qarabağ məsələsinin müzakirəsinə əngəl olurlar: "Bu da onların qərəzli olmasından xəbər verir".

"Bu addım subyektiv və qərəzlidir"

Deputat Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, etibarlı tərəfdaşdır: "Bu, qərəzli dairələr tərəfindən narazılıqla qarşılanır. Onlar müxtəlif vasitərlə ölkəmizə təsir etməyə başlayır, Azərbaycan qarşı qara piar aparır, ölkəmizlə bağlı böhtan yayır, öz hesabatlarında qeyri-obyektiv fikirlər irəli sürürlər. Bunu biz AŞ PA-da gördük". Bir neçə gün bundan öncə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbərinə qarşı qərəzli qərar qəbul edildiyini xatırladan deputatın sözlərinə görə, bu addım subyektiv və qərəzlidir.

"Neqativ cəhdlər nəticə verməyəcək"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti daim ölkəmizin maraqlarını müdafiə edib: "Bu, AŞ PA-nın öz missiyasına qarşı hörmətsizlikdir. Lakin son baş verənlər göstərdi ki, AŞ PA-da həmin tribunadan sui-istifadə edən erməni lobbiçiləri ilə fəaliyyət göstərənlər də var. Biz bu cür münasibəti qəbul etmir və qətiyyətlə pisləyirik. Bu neqativ cəhdlər heç bir nəticə verməyəcək".
Deputat Fəzail İbrahimli isə deyib ki, Avropa Şurası Parlament Assambleyasında Səməd Seyidovu hədəfə götürülməsi təsadüfi deyil: "Həmin nümayəndə heyətində olan insanlar peşəkardılar. Deyirlər ki, Səməd Seyidovun korrupsiya əməlində iştirakı olmayıb. Amma sonra ona sanksiya tətbiq edilir. Bu, AŞ PA-ya başucalığı gətirmir. Biz orada fəaliyyətimizi daha da əzmlə davam etdirməliyik.


"Ölkəmizin maraqlarını müdafiə etməliyik"

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, AŞ PA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, Azəbaycandan gedir: "AŞ PA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına atılan addımdır. Azərbaycanı gözü götüməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər". Deputat bildirib ki, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayə heyətlərimiz üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər: "Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, bundan sonra ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etirməli, ölkəmizin maraqlarını bütün çərivələrdə müdafiə etməliyik".
Siyavuş Novruzovun sözlərinə görə, İslam dinində buyurulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin: "Biz də nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik. Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə hətta, lobbiçiliklə bağlı qanunlar da var".

"AŞ PA-da AXC-nin 100 illik yubileyi keçirilsin"

Deputat Fazil Mustafa Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) etiraz bəyanatının göndərilməsini təklif edib. Azərbaycanın AŞ PA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinin müzakirəsi zamanı Fazil Mustafa qərarı tənqid edib. O, etiraz bəyanatının hazırlanmasının vacibliyinin vurğulayıb: "Bu sənəd AŞ PA-nın iyunda keçirilən iclasında oxunsun. Və ya oradakı deputatlara yayılsın. Digər bir tərəfdən də AXC-nin 100 illik yubileyi orada keçirilsin".
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞ PA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qərarı ədalətsizdir: "Bu, Azərbaycana təzyiqdir". Səməd Seyidov qeyd edib ki, AŞ PA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanksiyaya məruz qalmırlar: "Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartların olduğunu göstərir. Azərbaycan öz haqq səsini qaldıranda sanksiyaya əl atırlar. Biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir, çünki mən Azərbaycanın maraqlarını qoruyuram".

"Səmərəsiz xərclənmiş vəsaitləri nəzərə almaq lazımdır"

Plenar iclasda həmçinin Azərbaycan Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti üzrə hesabatı dinlənilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2017-ci ildəki fəaliyyəti barədə məlumat verərkən deyib ki, Audit olunan obyektlərdə ortaya çıxan nöqsanların aradan qaldırılması ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır. Palata sədri bildirib ki, nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə 18 milyon manat vəsaitin bərpasına nail olunub: "Bu məbləğ az görünə bilər, lakin bu zaman hüquq mühafizə orqanlarına göndərilən materialları, eləcə də səmərəsiz xərclənmiş vəsaitləri də nəzərə almaq lazımdır. Elə məbləğlər var ki, onların bərpası mümkün olmur".
Daha sonra millət vəkilləri Hesablama Palatasının 2017-ci ildəki fəaliyyətinə münasibət bildiriblər.
Müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov bildirib ki, Palatanın hesabatında nəzarət tədbirləri ilə bağlı ciddi nöqsanların aşkar edildiyi öz əksini tapıb: "Ötən il ümumi 70 nəzarət tədbiri həyata keçirilib. Nöqsanlar əsasən ayrılan vəsaitlərin düzgün istifadə olunmaması, dövlət satınalmaları sahəsində və mühasibat uçotu ilə bağlı olub. Dövlət satınalmaları ilə bağlı nöqsanlar ümumi nöqsanların 36 faizini, mühasibat uçotu ilə bağlı nöqsanlar 35 faizini, dövlət zəmanəti ilə verilən kreditlərlə bağlı nöqsanlar isə ümumi nöqsanların 15 faizini təşkil edib".

"Palatanın səlahiyyətləri artırılmalıdır"

Deputat Əli Məsimli bildirib ki, Hesablama Palatası hüquq-mühafizə orqanları ilə birgə işlərin aparılması və dövlət büdcəsinə vəsaitin qəbul olunmasına diqqət etməlidir: "Bu qurum elə ciddi işləməlidir ki, dövlət büdcəsinə daxil olan vəsaitlərdə yayınma olmasın. Hesabatdan məlum olur ki, Palata vəzifəli şəxslərə qarşı intizam tədbirləri həyata keçirib. Azərbaycanda nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Amma dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda yolavermə mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirəm ki, Palata vəzifəli şəxslərlə bağlı korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir. Hesablama Palatası bu işlərə xüsusi diqqət yetirməlidir. Düşünürəm ki, Palatanın səlahiyyətləri artırılmalıdır ki, nəzarəti həyata keçirə bilsin".
Deputat Musa Quliyev diqqətə çatdırıb ki, Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir neçə şöbəsində apardığı araşdırmalar nəticəsində çox ciddi qanunsuzluqlar aşkar edib: "Hələ bir neçə şöbədə belə qanunsuzluqlar aşkar edilibsə, əksər şöbələr yoxlanarsa, ortaya hansı mənzərə çıxar? DSMF-də aşkar edilən bu qanunsuzluqlar gələcəkdə bu qurumu daha cidd qaydada yoxlanılmasını zəruri edir. Ona görə də Hesablama Palatasından tələb edirəm ki, bunu gələcəkdə nəzərə alsın və ciddi fikir versin".
Deputat onu da bildirib ki, ildə 150-160 min yeni iş yeri açılsa da və həmin yerlərdə çalışan işçilər orta aylıq əməkhaqqı səviyyəsində pul alsalar da, DSMF-nin işşçilərin sığortalanması ilə bağlı verdiyi hesabatla uyğunluq təşkil etmir: "Burada ya iş yerləri ilə bağlı statistika uyğun deyil, yaxud da burada hansısa qanun pozuntusu mövcuddur. Odur ki, bu məsələlər də ciddi araşdırılmalıdır".
Musa Quliyev həmçinin, ünvanlı sosial yardım və əlilliyin verilməsi ilə bağlı baş verən qanun pozuntularının araşdırlmasını təklif edib. Deputat səhiyyə sahəsindəki fəaliyyətin araşdırılmasına auditin cəlb ediməsini təklif edib: "Şəkərli diabet xəstələrinin testrlə təmin olunması ilə bağlı dövlət proqramı həyata keçirilir. Bu proqrqam 10 ildir həyata keçirilir və indiyədək bütün şəkərli diabet xəstələri tanmamilə testrlə təmin olunmalı idi. Lakin həmin sahədə ciddi çatışmazlıqlar var. Burada digər əsas məqam isə şəkərli diabet xəstələrinə ayda verilən 13 manat həcmindəki müavinətdir. Hansı ki, bu vəsaitlər heç bir testr etmir. Bu vəsait həddindən azdır. Ildə isə 20-30 min şərlərli diabet xəsətsi artır. Odur ki, bu məsələyə ciddi baxmaq lazımdır".

Əli