“Ticarət əlaqələrinin inkişafında maraqlıyıq” Siyasət

“Ticarət əlaqələrinin inkişafında maraqlıyıq”

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi formalaşıb və yaxın aylarda növbəti icas keçiriləcək. İki ölkə arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsi istiqamətində işlər aparılır.
Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında deyib. O, qeyd edib ki, Rusiya Azərbaycanla maneələrin aradan qaldırılması üzərində işləyir.
"Özəl biznesin rolu layihələrin icrasında ciddi şəkildə artır. Rusiya-Azərbaycan İşgüzar Şurasının bu əlaqələrə töhfəsi böyük olacaq. Eyni zamanda bizneslə bərabər regionların rolu burada da vacibdir. Çünki, regional səviyyədə yeni layihələr tətbiq olunacaq və bu da iki ölə arasında işgüzar əlaqələrin daha da dərinləşməsinə gətirib çıxaracaq".