“Putinin Paşinyanı təbrik etməməsi…” Siyasət

“Putinin Paşinyanı təbrik etməməsi…”

Məhəmməd Əsəsdullazadə: "Rusiya Ermənistan arasındakı probelmlərin inkişafını göstərir"


Ermənistanda vəziyyət gərgin olaraq qalır. Erməni mediası Paşinyana qarçşı sərt mövqe nümayiş etdirir. Digər tərəfədn Rusiya ilə pisləşən münasibətlər İrəvanı daha psi duruma salır. Rusiya mediasını da İrəvana qarşı mütəmadi yazılar dərc etməsi diqqət çəkən məqamdandır.
Bundan başqa Paşinyanın Qarabağ separatçıları ilə də münasibətləri günü gündən kəskinləşir. Paşinyanın hər bir addımı media, hüquq müdafiəçiləri və müxtəlif siyasət adamlar., QHT təmsilçiləıri tərəfindən sərt tənqid olunur.
Nikol Paşinyanın general-mayor Arşak Karapetyanı özünün hərbi müşaviri təyin etməsi də sərt tənqid olunub. Ermənistan mediasının məlumatına görə, A. Karapetyan 2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən "aprel müharibəsi"ndə erməni hərbi birləşmələrinin böyük itkilər verməsində əsas günahkar kimi tanınır.
Karapetyan 2016-cı ildə Ermənistan ordusunun baş qərargahının kəşfiyyat idarəsinin rəisi olub. Müharibədən sonra Serj Sarkisyan onu vəzifəzifəsindən kənarlaşdırıb.
"Hetq.am" nəşrinin redaktoru Edik Baqdasaryan feysbuk səhifəsində yazıb ki, Arşak Karapetyanın "aprel müharibəsi"ndə ermənilərin böyük itkilər verməsinə səbəb olan şəxsdir: "O cinayətə cəlb omalı idi, lakin onu sadəcə vəzifəsindən uzaqlaşdırdılar. Karapetyan Azərbaycan Ordusunun hərəkətləri haqqında heç bir kəşfiyyat məlumatı verməyi bacarmadı. İnsanın ağlı yerindən oynayır".
İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan isə Facebook səhifəsində yazıb ki, 2016-cı ildə Ermənistan kəşfiyyatı Azərbaycanın İsraildən dronlar alması haqqında məlumatı əldə edə bilmədi və nəticədə müharibədə böyük itkilər verildi: Hərçənd, İsrailin Azərbaycana dronlar satdığını bilmək üçün kəşfiyyatçı olmağa ehtiyac yoxdur".
Qeyd edək ki, A.Karapetyan 2018-ci ilin fevralında Rusiyada Ermənistanın hərbi attaşesi təyin olunub. Dekabrın 18-də isə o, Paşinyanın hərbi müşaviri olub.
Rusiyada isə Ermənistana qarşı aşağılayıcı açıqlamalar davam edir.
Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin "RİA Novosti" agentliyinə müsahibəsində "hesab edirik ki, İrəvan özündə cəsarət tapıb ABŞ-ın təzyiqlərinə qarşı dayanacaq", - deyə bildirib: "Cari ildə ölkədə baş verən radikal dəyişikliklər fonunda Vaşinqtonun daxili və xarici siyasətinə müdaxiləsi adi hala çevrilir.
Biz artıq ABŞ-ın İrəvandakı əvvəlki səfiri Riçard Milzin bununla bağlı açıq etiraflarına şərh verməli olmuşuq. Bu etiraf onunla fərqlənirdi ki, o, ictimai şəkildə erməni hökumətinə büdcənin formalaşdırılmasıyla bağlı dərs keçirdi və Vaşinqtondan ödəniş alan QHT-ləri hökumət üzərindən gözlərini çəkməməyi tələb edirdi. Con Bolton əslində erməni xalqının tarixi təcrübəsini təhqiramiz formada tarixi klişe adlandırdı, həmçinin Ermənistana Amerika silahları almağı və antiiran sanksiyalarına qoşulmağı məsləhət gördü. Əgər Ermənistan-Amerika münasibətlərinin ictimai tərəfi bu cürdürsə, o zaman kulisdə nələrin baş verdiyini yalnız təsəvvür etmək olar. Hesab edirik ki, parlament seçkisində lazımi mandat əldə etməyi bacaran Ermənistanın indiki rəhbərliyi özündə cəsarət tapıb, xarici şantaj və təzyiqlərə müqavimət göstərəcək, suveren haqqını müdafiə edərək, milli maraqlara uyğun olaraq müstəqil qərar verəcək".
Rusiyalı politoloq və tarixçi Sergey Markov isə bildirib ki, Paşinyan rejimi öz addımlarını ABŞ-ın göstərişi ilə müəyyən edir: "Ermənistanda faktiki olaraq sosial-ictimai diktatura yaranıb. Ermənistan hakimiyyəti hər bir qərarı Paşinyanın göstərişi ilə qəbul edir. Rusiya isə bütün bunlara baxmayaraq, Ermənistanla öz əlaqələrini tamamilə qırmaq istəmir, amma Rusiyaya zidd olaraq atılacaq bütün addımlara çox sərt cavab verəcək".
Ermənistanda baş verən prosesləri şərh edən politoloq Məhəmməd Əsədullazadə isə "Xalq Cəbhəsi"nə bildirdi ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyəti hazırda Rusiya ilə konfontrasiya vəziyyətdədir: "Çünki, Paşinyan hazırda Rusiyaya qarşı siyasət həyata keçirir. Moskvanı Ermənistanda mövqeyinin zəiflədilməsinə qarşı siyasət ortaya qoyur. Bu istiqamətdə Paşinyanın nəzaətində olan mətbuatın Rusiyaya qarşı yazıları, həmçinin bu ölkədə Rusiyanın siyasətinin ruporu olan mətbuatın Paşinyana qarşı yazıları, iki ölkə arasında informasiya savaşıdır. Qeyd edim ki, çox ciddi proseslər baş verir. Hətta Putinin Paşinyanı parlament seçkilərində qələbə çalması ilə bağlı təbrik etməməsi Rusiya Ermənistan arasındakı probelmlərin inkişafını göstərir. Hesab edirəm ki, Lukaşenkoya da bu kimi yazılar məhz KTMT çərçivəsində Belarusun öz namizədəni irəli sürməsi, Lukaşenkonun Paşinyana qarşı sərt siyasəti belə yazıların baş verməsinə gətirib çıxardı. Hazırda biz bu problemləırin inkişaf edəcəyini, hətta siyasi proseslərdə Paşinyana sanskiayalar tətəbiq ediləcəyinin şçahidi olacağıq. Mətbuat səviyyəsində gedən bu savaş açıq müstəviyə keçməklə Ermənistan-Rusiya əlaqələrinə zərbə vuracacaq. Rusiya Ermənistanda siyasi vəziyyəti gərginləşdirəcək".

Əli