"Rusiya XİN Ermənistanda nasistlərin qəhrəmanlaşdırılmasına öz yuma bilməz" Siyasət

"Rusiya XİN Ermənistanda nasistlərin qəhrəmanlaşdırılmasına öz yuma bilməz"

08 May

Rus tarixçisi və siyasi analitiki Oleq Kuznetsovdan müsahibəsini oxucularımıza təqdim edirik:

- İlk növbədə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılması ilə bağlı hazırladığı hesabat barədə fikirlərinizi bilmək istərdim. Ümumiyyətlə, Sizə elə gəlmir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi nasistlərin qərhəmanlaşdırılması ilə bağlı Ermənistandakı vəziyyəti bir qədər yumşaldır? Yəni yalnız Respublikaçılar və Serj Sarkisyan günahkardır? Njdenin abidəsi İrəvanın mərkəzində mövcud olduğu halda "addımlar atmaq" ifadəsini necə anlaya bilərik?
- Bir il bundan əvvəl belə bir şey ümumiyyətlə mövcud deyildi, Rusiyanın Xarici İşlər Nazirliyinin Ermənistanda nasizmin qəhrəmanlaşdırılması ilə bağlı mövqeyində aşkar şəkildə inkişaf hiss edilir. Xatırlayırsınızsa, iki il yarım əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya İrəvanın mərkəzində Njdenin abidəsinin yerləşdirilməsi ilə bağlı suallar veriləndə, o tribunadan ermənilərin öz milli qəhrəmanlarını müəyyənləşdirmək hüququna malik olduqlarına dair utancverici və aydın olmayan bir şeylər mızıldandı. Bu gün vəziyyət, bizim istədiyimiz qədər köklü və kardinal olmasa da, dəyişib və ölü nöqtədən tərpənib. Mixail Qorbaçovun dediyi kimi, "proses başlayıb".
İnanıram ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan hesabatdan İrəvanda mənəvi və intellektual bir şok yaşanır, çünki artıq erməni siyasətçilərinə və ümumilikdə bütün ermənilərə aydın bir siqnal verilib ki, bu gündən etibarən Rusiyanın siyasi elitası, hətta ən ermənipərəst dairələri üçün Respublikaçılar Partiyası faşist təşkilatıdır və onun siyasi baxımdan qorunması da heç kimi maraqlandırmır. Faktiki olaraq bu hesabatla Kreml Köçəryanı və Sarkisyanı Ermənistan daxilində parçalanmağa məhkum etməklə Paşinyana ölkəsini nasistlərdən azad etməsi vəzifəsini yüngülləşdirməyə və bu yaxınlarda Almaniyaya rəsmi səfəri zamanı öz ölkədəsindəki daxili siyasi vəziyyəti 1946-cı ildə Nürnberqdə nasist cinayətkarları üzərində Beynəlxalq Hərbi Tribunalda məhkəmə iclaslarının getdiyi zaman Almaniyadakı vəziyyətlə müqayisə etməyə imkan verdi.
Mən baş verənlər fonunda öz rolumu vurğulamaq istəmirəm, lakin mənə anlamaq xoşdur ki, son bir ildəki əməyim Azərbaycan mətbuatının, siyasətçilərinin və diplomatlarının sayəsində hədər getmədi, ümumi kollektiv səylərimizlə ən yüksək səviyyəli Kreml kabinetlərinə səsimizi çatdıra bildik ki, Njde - nasist cinayətkardır.
Moskva bu faktı bir gecədə tanıya bilməzdi, çünki bundan sonra ona xaşagəlməyən belə bir sual səslənə bilər: bu barədə məlumatınız olduğu halda, niyə görə susurdunuz və səssizcə Ermənistanı nasistləşməkdə dəstəkləyirdiniz? Təbii ki, bu gün Rusiyanın siyasi elitasında kimsə belə bir sual yaranmasını istəmir, buna görə də Rusiya Xarici İşlər Nazirliyi belə bir axımlı yumşaq formula seçib, guya Njde ilə bağlı "nasistlərlə əməkdaşlığı barədə məlumatlar mövcuddur". Bu ifadə həm də bir çağırış və dəvət kimi səslənir. Yəni Njdenin nasist cinayətkar olduğunu sübut edin və biz bunu tanıyaq. Olsun, mən ömrümün bir ilini də sərf etməyə və tarixi ədalətə nail olmağa hazıram, çünki əminəm ki, nasist müttəfiqi və agenti Njdenin bütün abidələri ermənilərin özləri tərəfindən söküləcək.
Onlar üçün bu fərqli mənzərə olacaq - qurbanlıq vasitəsilə təmizlənmə, büt obrazının məhv edilməsi. Bundan sonra isə intellektual azadolma və xalqın ruhən qurtuluşu mümkün olacaq.
- Hesabatda qonşu dövlətlərə qarşı ərazi iddiası olan terror təşkilatı "Sasna Tsrer"in qeyd edilməsi Sizin üçün gözlənilməz oldumu?
- Əlbəttə, bəli, əgər bir il əvvəl Rusiya Xarici İşlər Nazirliyindən Ermənistana, xüsusən də Azərbaycanla müqayisədə belə bir mesajı eşitmək mümkün olmadığını nəzərə alsaq, bəli.
Bu gün Rusiya diplomatik dairələri, heç şübhəsiz ki, böyük ürək ağrısı və diplomatik ifadələrlə Azərbaycanın mədəni, intellektual və mənəvi cəhətdən tərəqqi edən ölkə olduğu halda, Kremlin Qafqazdakı əsas müttəfiqi millətçilik, şovinizm, ksenofobiya, ekstremizm, bir sözlə, bütün beynəlxalq hüquq normaları ilə qadağan edilən hər bir çirkaba bulaşıb. Bütün bunlar isə erməni lobbisinin həyasızcasına 20 il burnundan tutub gəzdirdiyi, ağıldan kəm və ya hər şeyi həzm edən yaramaz kimi təsəvvür etdiyi Rusiyanın rəsmi orqanlarının ya açıq-aşkar zərifliyi, ya həddən artıq etibar etməsi, ya da məsuliyyətsizliyi sayəsində baş verib. Kreml üçün İrəvandan gələn çürümə qoxusunu gözardı edə bilməyəcəyi zaman artıq gəlib, çünki bu qoxu çox güclüdür. Aydın olmalıdır ki, Xarici İşlər Nazirliyinin bu bəyanatı ilə Rusiya hakimiyyəti Ermənistanın mövcud siyasi elitasına, əgər Paşinyan və onun ətrafı Ermənistanı ən qüsurlu və radikal strukturlardan təmizləyə biləcəksə - bu halda şübhəsiz ki, söhbət qismən Paşinyanın yetirməsi olan "Sasna Tsrer" terror təşkilatından və hazırda onun əsas rəqibi olan Respublikaçılar partiyasından gedir - o zaman "Qarabağ Klanı" ölkədə hakimiyyətə gəldiyi dövrdə olduğu kimi tam və eyni əsaslarla əlaqə qurmağa hazır olduqlarını aydın şəkildə bildirir. Faktiki olaraq Kreml İrəvanda "Çin heç-heçəsi" vəziyyətini yaratmağı, yəni bütün fiqurların şahmat taxtasından atılmasını, yeni oyun partiyasının başlanmasını və yeni siyasi oyunçuların seçilməsini təklif edir. Moskva Paşinyana müdaxilə etmədən və səssizcə Ermənistana siyasətini hər cür radikallardan təmizləməyə razılıq vermək imkanı verir və bu halda bizə deyildiyi kimi, bunu "səs-küysüz və tozanaqsız" etmək üçün onun iradə və resursunun kifayət edəcəyini gözləmək qalır.
- Ermənistanda nasistlərin və faşist əlaltılarının açıq şəkildə qəhrəmanlaşdırılmasının qarşısını yalnız Rusiyanın hərbi iştiakının aldığını iddia etmək mümkündürmü?
- Belə bir versiyanı Köçəryan-Sarkisyan çütlüyündən ibarət "Qarabağ Klanı"nın hakimiyətdə olduğu illərdə təsdiq etmək olardı, çünki Njdenin qəhrəmanlaşdırılması və onun nasist tsekakron ideologiyasının dövlət səviyyəsinə qaldırılması hakimiyyətin intellektual təminatının, ölkənin əsas əhalisinə qarabağlıların nə üçün hakimiyyəti ələ keçirdiklərinin və nəyə görə İrəvan ermənilərini idarə etmək imkanını əldə etmələrinin izahının yeganə yolu idi.
Ermənilərin nəzərində Njde yalnız 1921-ci ildə Qafqazda ikinci erməni dövlətini elan etdiyinə və birincini ona tabe etdiyi üçün milli qəhrəmandır. Mən ümid edirəm ki, Ermənistan xalqı məni başa düşər, çünki mən 1921-ci ildə hakimiyyətin daşnak Ermənistan hökumətindən Njde tərəfindən yaradılan "Dağlıq Ermənistan Respublikası" hökumətinə verilməsindən danışıram, bu isə son on beş ildə bütün ermənilərin Qarabağın Ermənistanı işğal edə biləcəyi və öz növbəsində onun parazit varlığının mənbəyinə çevriləcəyi və ölkədən bütün resursları sümürəcəyi ilə bağlı narahatlığına aydınlıq gətirir. Bu zaman şübhəsiz ki, Rusiyanın hərbi iştirakı, nasist Almaniya nümunəsində olduğu kimi Köçəryan və Sarkisyanın "Yerkrapah"dan olan tərəfdarlarına İrəvanın küçələrində müntəzəm fənərli gecə tətilləri təşkil etməsinə imkan verməzdi.
Lakin bir il əvvəl vəziyyət təmamilə dəyişdi. Yadınızdadırsa, 2019-cu ildə Paşinyan Drastamat Konoyan adına Strateji Araşdırmalar İnstitutunun və yaxud Müdafiə Nazirliyinin Milli Müdafiə Araşdırmaları Universitetinin strukturundakı "Dro"nun bağlanmasına başladıqdan sonra yeni hökumətin Ermənistanda nasizmə qarşı tolerant olmayacağına ümid edirdim. Bu mövzuda onun beynəlxalq standartlara cavab verə biləcəyini görəcəyik. Beynəlxalq terrorçu Gürgen Yanikyanın yaxın zamanlarda İrəvanda bütün şərəf və ləyaqət atributları ilə yenidən basdırılması hələlik bunun əksini sübut edir.
Əgər hər şey belə davam edərsə, Rusiya qoşunları 1945-1955-ci illərdə olduğu kimi, dünyanın siyasi xəritəsində digər bir nasist dövlətin də öz ideyalarından əl çəkməsi üçün vasitəyə çevriləcək.

Bəhram Batıyev

“Ordu”