Ermənistanda tezliklə etiraz dalğası yetişəcək Siyasət

Ermənistanda tezliklə etiraz dalğası yetişəcək

“Ermənistanda tezlliklə yeni etiraz dalğası yetişəcək və ölkənin iqtisadiyyatı bərpaolunmaz çöküşə məruz qalacaq”.
Bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, onsuz da gərgin vəziyyətdə olan ölkədə bu kimi problemlər Ermənistan üçün “dərin çuxur” qazır.
“ABŞ-dan Ermənistana avtomobil idxal edənlər tezliklər problemlə üzləşəcək. Avqustun 20-dən bu şəxslərin fərdi səhifələri bağlanacaq. Yəni ABŞ hərraclarında iştirak edə bilməyəcəklər. Məsələ burasındadır ki, daha sərfəli qiymətlərlə avtomobil əldə edilməsinə imkan verən ABŞ hərraclarının təklifləri daha maraqlıdır. Məlum olduğu kimi, avtomobil idxal edənlər üçün Yaponiya hərracı bir həftədən artıqdır ki, bağlıdır”, - deyə “Joğovurd” bildirir.
Nəşr qeyd edir ki, yaxın zamanlarda Ermənistanın iri şirkətləri ABŞ hərraclarına əlvida deyəcək.
“İdxalçıların böyük əksəriyyətinin fərdi səhifələri bağlanıb. Yalnız bir neçə şirkətlər var ki, hələlik bu hərraclarda iştirak etməyə nail olurlar. Bunun da hansı vaxtadək davam edəcəyi məlum deyil. Ekspertlərin fikrincə, yaranmış vəziyyətə səbəb 2020-ci il yanvarın 1-dən etibarən avtomobillərin gömrük vergisində nəzərdə tutulan bahalaşmadır”, - deyə nəşr Ermənistanda etiraz dalğalarının yetişdiyini diqqətə çatdırıb.
“İşıqlı Ermənistan partiyası” fraksiyasının üzvü, deputat Arman Babacanyan da ABŞ-Ermənistan münasibətləri ilə bağlı ümidsiz proqnozlar verib: “İyirmi ildən çox davam edən sıx təmaslarla, iki milyard dollardan çox ianə və digər maliyyə, texniki və siyasi dəstəklə Ermənistan-ABŞ əlaqələri institusional olmamış və lokal layihələr səviyyəsində, yerli qrup səviyyəsində platforma olaraq qalıb”.
Onun sözlərinə örə, Ermənistan-ABŞ münasibətlərinə qarışanlar iki ölkə arasında olan boşluğu hədəfə alıblar: “İyirmi ildən çox davam edən sıx təmaslarla, iki milyard dollardan çox ianə və digər maliyyə, texniki və siyasi dəstəklə Ermənistan-ABŞ əlaqələri institusional olmayıb və lokal layihələr səviyyəsində, yerli qrup səviyyəsində platforma olaraq qalıb. Üstəlik, lokal qrupların səmərəliliyinə və faydalılığına şübhə etmək mümkündür, çünki Ermənistan-ABŞ münasibətlərinə qarışanların çoxu Ermənistanın təhlükəsizliyinə, siyasi və iqtisadi inkişafında dərin, əsaslı, strateji bir tələb kimi mövcud deyil, onların yalnız vəziyyətə görə müəyyən bir korporativ maraqları var”.
O qeyd edib ki, Ermənistan-ABŞ münasibətlərindəki boşluq aradan qaldırılmasa bu, heç də yaxşı nəticə verməyəcək: “Təcrübədə, bu, Ermənistan-ABŞ münasibətlərindəki əsas boşluqdur, münasibətlərin daha da dərinləşməsi prosesində institutlaşdırma və sistemin olmaması, nəticələrin həm həcminə, həm də perspektiv effektivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu hal münasibətləri bütövlükdə praktiki olaraq daha az rəqabətli hala gətirir. Nəticədə keyfiyyəti, dəyəri, sivilizasiya baxımından müqayisəsi daha yüksək olan, Ermənistanın milli mənafeyi və təhlükəsizliyinə daha dərin həmahəng olmalıdır, lakin bu münasibəti müqayisə etdikdə Ermənistan-Rusiya münasibətlərini itirir. Eyni zamanda, ehtimal ki, bu baxımdan ABŞ tərəfi üçün xüsusu təmasları davam etdirmək lazımdır, çünki ABŞ hazırda Ermənistanda institutlaşdırılmış, sistemli münasibətin formalaşdırılması üçün sabit, etibarlı, həyati tərəfdaşlıq potensialını görmür. Yaxın gələcəkdə bu potensialı ortaya qoymaq hamımızın işi olmalıdır”.