Ərdoğan Stoltenberqin xatirələrinə münasibət bildirib: Qonaqlarımıza qarğıdalı təklif edirik
Urmiyada qaz sızması partlayışa səbəb olub, yaralananlar var
Yardımlı–Deman–Arvana avtomobil yolunun təmirinə 2 milyon manat ayrılıb
Nazir müavini: Zəngəzur dəhlizi regional ticarətin potensialını böyük ölçüdə artıracaq
15 Avqust 2019 12:24
1 253
Qarabağda baş tutacaq yeni toqquşmalar İrəvanın Rusiyadan yeni silahlar almasına səbəb ola bilər.
Bu iddia ilə “Foren Brif” təşkilatı çıxış edib. Patruşevin İrəvana son səfərini şərh edən təşkilatın analitiklər Ermənistanın rus silahından asılı olduğunu, İrəvanın Moskvanın Cənubi Qafqazda yeganə müttəfiqi olduğunu, Rusiyanın Cənubi Qafqazda yeganə hərbi bazasının Ermənistanda olduğunu və KTMT-nin regionda yeni nümayəndəsinin Ermənistan olduğunu bildiriblər:
“Qarabağda gərginliyin artması yeni toqquşmalara səbəb ola bilər. Bu zaman Ermənistan baş naziri Azərbaycan üzərində üstünlük əldə etmək üçün Rusiyadan daha çox hərbi texnika xahiş edə bilər. İrəvanın buna nail olub-olmayacağına isə Rusiya Prezidenti Vladimir Putinin oktyabrda İrəvana səfəri bəlli edəcək”.