“İnformasiya müharibəsini davam etdiririk” Siyasət

“İnformasiya müharibəsini davam etdiririk”

“İnşallah, biz Qarabağa dönəcəyik. Biz əlimizi yanımıza salıb durmamışıq. Bunun üçün işlər görürük”.
Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev “Qarabağın Harayı” adlı ədəbi-bədii tədbirdə çıxışı zamanı deyib.
Onun fikrincə, danışıqların potensialı hələlik tükənməyib: “Ermənistanın baş naziri Nikol Paşinyanın son sərsəm açıqlamalarından sonra qısa olaraq onun yaddaşını tələzəmək üçün xatırlatmaq istəyirəm ki, biz Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsdiq olunmuş sənədləri ilə maraqlı tərəfik. Biz azərbaycanlılar qovulduğumuz o yerlərə qayıdacağıq. Bunun üçün zəmin hazırlamaq lazımdır və hazırlanır. Ölkə rəhbərliyi bununla bağlı danışıqlarda iştirak edir və danışıqlar potensialı tükənməyib. Danışıqların nəticə verəcəyi ilə bağlı ümidlərimizi itirməmişik. Biz ermənilərin ifşa edilməsində, informasiya siyasətində üstünlük əldə edilməsi üçün hər birimiz fəaliyyət göstəririk və buna cəhd edirik. Ermənilərin yalanlarının ifaş edilməsi üçün informasiya müharibəsini davam etdiririk”.