Nursultan Nazarbayev Azərbaycanın Qazaxıstandakı səfirini mükafatlandırıb Siyasət
29 Dekabr 2019 14:40
2 450

Qazaxıstanın birinci Prezidenti-elbası, Qazaxıstan Xalqı Assambleyasının sədri Nursultan Nazarbayev Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafındakı xidmətlərinə, xalqlar və millətlər arasında harmoniyanın möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu “Birlik” qızıl medalı ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, mükafatın təqdimetmə mərasimində çıxış edən Qazaxıstan Xalqı Assambleyasının sədr müavini Canseyit Tümebayev bildirib ki, Rəşad Məmmədov Azərbaycan və Qazaxıstan prezidentlərinin nümayiş etdirdikləri siyasi iradənin, verdikləri təlimatların həyata keçirilməsində, ölkələrimiz arasında dialoqun yüksək səviyyədə qurulmasında fəal rol oynayır. O, çoxmillətli ölkə olan Qazaxıstanda milli münasibətlərin sülh, harmoniya və qarşılıqlı anlaşma şəraitində davam etməsinə böyük töhfə verir. Məhz bunları nəzərə alaraq, Qazaxıstan Xalqı Assambleyasının sədri Nursultan Nazarbayev onun yüksək mükafata layiq görülməsi ilə bağlı Qərar imzalayıb.
C.Tümebayevin sözlərinə görə, qazaxlar və azərbaycanlıları tarixi etnik və mədəni bağlar birləşdirir. Qazaxıstanda yaşayan azərbaycanlıların sayı 150 mindən çoxdur və onlar ölkənin siyasi, mədəni və sosial həyatında fəal iştirak edirlər. Hazırda Qazaxıstanda güclü Azərbaycan diasporu mövcuddur. Ölkənin müxtəlif bölgələrində ümumilikdə 32 Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə Azərbaycan dili, mədəniyyəti, adət-ənənələri və musiqisinin öyrənilməsi üçün kurslar mövcuddur və Azərbaycan dilində qəzet çap olunur.
Səfir Rəşad Məmmədov yüksək mükafat üçün təşəkkür edərək bildirib ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ulu öndər Heydər Əliyevlə birlikdə iki dövlət arasında münasibətlərin sağlam və sarsılmaz təməllərini qoyublar. Strateji xarakter daşıyan, qarşılıqlı hörmətə və etimada əsaslanan bu əlaqələr Azərbaycan və Qazaxıstan prezidentlərinin hər zaman diqqət mərkəzindədir,.
Səfir qeyd edib ki, Qazaxıstanın layiqli və fəal vətəndaşı olan soydaşlarımız milli-mənəvi dəyərlərimizi, tarixi Vətənə bağlılığımızı qoruyur, öz fəaliyyətləri ilə bu günümüz və parlaq gələcəyimiz naminə həmrəy olduqlarını nümayiş etdirirlər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
-
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
-
M8 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
-
Tramp Rusiyaya qarşı sanksiyalar qəbul etməyə tələsmir
-
“15 iyul hadisəsi Türkiyə tarixinin ən ağır və həlledici sınaqlarından idi”
-
“Bu, qardaş Türkiyədə milli iradənin zəfəri idi”
-
İranın cənub-şərqində ABŞ-nin zərbələri nəticəsində 7 hərbçi həlak olub
-
İsrail ABŞ-nin İranın nüvə probleminin həllindən imtina edəcəyindən ehtiyat edir
-
Serbiya Prezidenti Kiyevə gəlib
-
Ukrayna ordusu Rusiyanın "Mi-28" helikopterini vurub
-
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
-
“Fake news” məlumatların insan və vətəndaş hüquqlarının pozulmasında rolu və yaratdığı hüquqi məsuliyyət
-
Bu gündən Azərbaycanda yeni 100 manatlıq əskinaslar tədavülə buraxılır
-
Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid şəhər qalıqları tapılıb - FOTO
-
Mikayıl Cabbarov: Baş Qərvənd layihəsi Azərbaycan-Slovakiya tərəfdaşlığının uğurlu nümunəsidir
-
Tayvan və ABŞ birgə kamikaze dronu istehsal edəcək
-
Netanyahu senator Lindsi Qremin dəfnində iştirak etmək üçün ABŞ-yə gedəcək
-
Baş nazirin müavini: Slovakiya Qarabağın bərpasında əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Slovakiya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
-
Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə anım tədbiri keçirilib - FOTO
-
Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb
-
İsraildə hərbçilərə hücum planlaşdıran şübhəlilər saxlanılıb
-
Ukrayna ordusu Rusiyanın "kölgə donanması"na aid 20 gəmini vurduğunu bildirib
-
Slovakiya şirkətləri Azərbaycan bazarında uzunmüddətli tərəfdaşlıq axtarır
-
Milli Məclisin nümayəndə heyəti Şimali Kiprin Müstəqillik Günündə iştirak edəcək
-
AK Ukraynaya Aİ krediti ilə Çin istehsalı PUA detalları almağa icazə verib
-
Çin ABŞ-nin Rusiya enerji daşıyıcılarını alanlara qarşı sanksiya qanun layihəsini pisləyib
-
Praqa yaxınlığında iki avtobus toqquşub: 17 yaralı var
-
ABŞ-ın zərbələri nəticəsində İranda 30 dinc sakin həlak olub
-
Türkiyə səfiri: Azərbaycan 15 iyulda, o qaranlıq gecədə qardaşlığını nümayiş etdirdi
-
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilir
-
Heysəm əl-Qays: Bakıda keçirilən iclasın əsas işi Əməkdaşlıq Xartiyasının iş planını hazırlamaqdır
-
Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
Nazir: Azərbaycanın enerji sahəsində əsas dəyəri etibarlı tərəfdaşlığıdır
-
Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı
-
İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
-
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
-
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
-
Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir
-
DÇ-2026: İngiltərə və Argentina final uğrunda qarşı-qarşıya
-
Qızıl və gümüş ucuzlaşdı
-
Əmtəə birjasında təbii qazın dəyəri artıb
-
Bu günün valyuta məzənnələri
-
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
-
"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşıb
-
Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
-
Rusiya MN: Gecə ərzində Ukraynaya məxsus 93 PUA məhv edilib
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
SEPAH ABŞ-nin Küveytdəki hərbi təminat mərkəzini məhv etdiyini bildirib
-
SEPAH ABŞ-nin Bəhreyndəki 5-ci donanmasının bazasını vurduğunu bildirib
-
Tramp İrana qarşı hərbi əməliyyatların miqyasını genişləndirməyi müzakirə edib
-
CENTCOM: ABŞ İrana qarşı növbəti zərbələr dalğasını başa çatdırıb
-
SEPAH ABŞ-nin İordaniyadakı aviabazasına ikinci dəfə hücum edib
-
SEPAH: ABŞ bazalarına hücumları yekun qələbəyə qədər davam edəcək
-
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
-
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
-
Ucar sakini Qazaxıstanda yol qəzasında ölüb
-
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
-
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
-
Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir
Hadisə
Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı 10:31
Ucar sakini Qazaxıstanda yol qəzasında ölüb
Xəbər lenti
