Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Ermənistana zərbə endirilməlidir”

“Ermənistana zərbə endirilməlidir” Siyasət

“Ermənistana zərbə endirilməlidir”

“Ermənistanın Azərbaycanla dövlət sərhəddində təxribatlara əl atması əsasən, digər ölkələrin diqqətini bu istiqamətə yönləndirməyi hesablanıb”. Bunu Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, prinsipcə atəşkəs mütəmadi olaraq işğal olunmuş ərazilərdə təmas xətti istiqamətində olmalıdır: "Amma Ermənistan cəbhə xəttində deyil, dövlət sərhəddi istiqamətində təxribatlara əl atmaqdadır. Azərbaycan tərəfi dövlət sərhəddində atəşkəsi pozmaqda maraqlı olmayıb və bunu Ermənistan etməklə yenidən Qazax istiqamətində 2014-cü ilin avqust ayında olduğu kimi Azərbaycanı hərbi eskalasiyaya məcbur edir. Ermənistan çalışır ki, Azərbaycan Qazax istiqmətində Ermənistana zərbə vursun və İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək, bu təşkilatın hərbi kontingentini Azərbaycanla sərhəddə yerləşdirsin. İtkiləri çoxaltmaq üçün İrəvan sərhəddə Rusiyanın 102-ci bazasında peşəkar snayper kurslarında təlimat alan snayperçiləri yerləşdirib. Bununla məqsəd Azərbaycanı provakasiyaya cəlb etməkdir. Bir ay ərzində Azərbayan demək olar ki, işğal olunmuş ərazilər istiqamətində deyil, dövlət sərhəddində ikinci itki verir". Politoloq hesab edir ki, Ermənistanın bu planının arxasında xarici amillər dura bilər: "Çünki, bir neçə gün bundan əvvəl Ermənistanın baş qəraragah rəisi Vartanyan Rusiya ilə daima əlaqədə olduqlarını, məsləhətləşdiklərini vurğuladı. Demək, burada əsas plan Azərbaycanla sərhəddə KTMT adı altında Rusiyanın hərbiçilərinin yerləşdirmək planı ola bilər. Dövlət sərhhədində Ermənistanın bu təxribatalarının arxasında müəyyən hədəflərdə dayanması mümükndür. Bu, Rusiyanın planıdır və məqsəd Azərbaycanın Qərblə enerji, nəqliyyat əlaqələrini nəzarətdə saxlamaqdır. Azərbaycan bu istiqamətdə KTMT adı altında istənilən ölkənin hərbiçilərinin yerləşdirilməsini nəzarətdə saxlamalı və Rusiya ilə danışmalıdır. Əgər, digər ölkənin hərbiçiləri sərhəddə yerləşdirilsə, Azərbaycan tərəfi boru kəmərlərinin qorunması üçün Türkiyə hərbiçilərini də bu istiqamətdə yerləşdirilməsini nəzərdən keçirməlidir. Çünki, neft və qaz kəmərlərinin mühafizəsi üçün Türkiyə-Azərbaycan və Gürcüstanın hərbi təlimləri keçirilir. Azərbaycan sərhəddə hansı qüvvələrin yerləşdirilməsindən asılı olamayaraq preventiv zərbələrdən çəkinməməli və Ermənistanın bu təxribatlarının qarşısını almalıdır. Ermənistana bu istqamətdə elə bir zərbə endirilməlidir ki, İrəvan bu kimi təxribatlara getməyə cürət etməsin".