Azərbaycan və Fransa prezidentləri arasında görüş olub Siyasət

Azərbaycan və Fransa prezidentləri arasında görüş olub

Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevə Fransa prezidenti Fransua Ollandın görüşü olub.
APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycanla Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulanıb.
Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıblar.