Milli Şurada KAXCP böhranı Siyasət

Milli Şurada KAXCP böhranı

Mirmahmud Mirəlioğlu və KXCP-nin daha bir neçə funksioneri sonuncu sessiyaya qatılmayıb

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və müavinləri Milli Şuranın sonuncu sessiyasına qatılmayıblar.
APA-nın məlumatına görə, ötən gün Milli Şura üzvlərindən birinin ofisində baş tutan sessiyada ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
VHP Ali Məclisinin sədri Rafiq Manaflı APA-ya açıqlamasında deyib ki, sessiyada müəyyən şəxslərin iştirak etməməsinə baxmayaraq, yetərsay təmin olunub.
Sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu, sədrin müavini Xəzər Teyyub, Ali Məclisin sədri Bəybala Əbil iştirak etməyiblər.
X. Teyybulu və B. Əbil APA-ya açıqlamalarında sessiyada iştirak etməmələrinin səbəbini Bakıdan kənarda olmaları ilə əsaslandırıblar. M. Mirəlioğlu isə bu barədə danışmaq istəməyib.
Milli Şuranın mətbuat xidmətinin rəhbəri, KXCP sədrinin müavini Oqtay Gülalıyev isə M. Mirəlioğlunun sessiyada iştirak etməməsi ilə bağlı Milli Şura rəhbərliyinə hər hansı məlumat vermədiyini deyib.