Sənada güclü partlayışlar baş verib Dünya

Sənada güclü partlayışlar baş verib

Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının nəzarəti altında olan paytaxtı Sənada güclü partlayışlar baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Öz növbəsində husilərə məxsus "Al Masirah" telekanalı Sənanın Səudiyyə Ərəbistanı tərəfindən zərbələrə məruz qaldığını iddia edib.

Şənbə günü sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco"nun Ər-Riyaddakı neft emalı zavoduna raket zərbəsi endirilməsi barədə məlumatlar yayılmağa başlayıb. İstifadəçilərin iddiasına görə, Yəməndən edilən hücumdan sonra Səudiyyə paytaxtındakı "Aramco" obyektinin üzərində tüstü dumanı qalxır. Lakin nə Səudiyyə Ərəbistanı hakimiyyəti, nə də husilərin nümayəndələri bu barədə heç bir bəyanat verməyiblər. Krallığın Mülki Müdafiə Baş İdarəsindən də Ər-Riyadda hər hansı insident barədə məlumat daxil olmayıb.

Məryəm Quliyeva