Rəcəb Tayyib Ərdoğan türk ölkələrini təbrik etdi Dünya

Rəcəb Tayyib Ərdoğan türk ölkələrini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələri Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə təbrik edib.

Bu barədə Türkiyə liderinin sosial media hesabında paylaşım olunub.

“Türk Dövlətləri Təşkilatımızın yaradılmasını təmin edən Naxçıvan Sazişinin imzalanmasının 17-ci ildönümü və Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə ən səmimi hisslərimlə təbrik edirəm. “Dildə, fikirdə, işdə birlik” şüarı ilə çıxdığımız bu qardaşlıq yolunda birliyimizin, həmrəyliyimizin və qarşılıqlı dəstəyimizin daim və möhkəm olmasını arzulayıram”, - Rəcəb Tayyib Ərdoğan bildirib.