Xalqın sağlamlığı, sosial müdafiəsi prioritet məsələdir Siyasət

Xalqın sağlamlığı, sosial müdafiəsi prioritet məsələdir

Koronavirus pandemiyasının yayıldığı bir dönəmdə hökumətin həyata keçirdiyi sosial layihələr əhali tərəfindən rəğbətlə qarşılanır. Görülən tədbirlərin mərkəzində Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikriləri dayanır. Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı vediyi tapşırıq və göstərişlərin yerinə yetirməsi xalqın dövlət başçısına olan inam və etibarını gündən günə artırı. Ölkənin müxtəlif regionlarından prezidentə ünvanlanan minnətdarlıq məktubları bunun sübutudur.
Elə dünən Prezident İlham Əliyevin İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə keçirdiyi telemüşavirədəki çıxışı və göstərişləri, xüsusən də koronavirus pandemiyasına görə 190 manat alan işsiz insanların sayını 200 min nəfərdən 600 min nəfərə qaldırılması ilə bağlı verdiyi göstəriş onun xalqa münasibətinin göstəricisidir.
Onu da vurğulayaq ki, ölkədə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.Bundan başqa işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Artıq 50 minə yaxın işsiz bu müavinətlə təmin edilib. Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov “Xalq Cəbhəsi”nə bildirib ki, dünyanı ağuşuna alan koronavirus pandemiyasının əksər ölkələrə vurduğu acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. Xüsusilə də, dünyanın aparıcı ölkələrinin də xaos, insan itkiləri vahimə yaradır: “Ölkəmizdə isə Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində sakitlik, milli həmrəylik, əmin-amanlıq və ən əsası, bolluq və rifah müşahidə olunur. Bütün bunlara səbəb сənab Prezident İlham Əliyevin daim ölkə vətəndaşlarını düşünməyi, vaxtında qətiyyətli təbirlər görməyidir. Xalqın minnətdarlığının əsas qayəsi həm də ondan ibarətdir ki, məhz ölkə başçısı İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Azərbaycan koronavirusla mübarizədə örnək ölkəyə çevrilib. O cümlədən, xalqın sağlamlığının mühafizəsi, habelə digər önəmli addımlar bilavasitə bu reallıqları kifayət qədər ehtiva etməkdədir”.
Hikmət Şikarov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və düzgün siyasəti nəticəsində biz bu pandemiya dövrünü tezliklə geridə qoyacağına inanırıq və bu gerçəklik artıq özünü göstərməyə başlayıb: “Dövlətimizin başçısı hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxıb. Bu baxımdan, bir daha sübut olundu ki, xalqımızın Lideri daim Azərbaycan xalqının yanındadır. Bəli, cənab Prezidentimizin də vurğuladığı kimi, “Biz birlikdə güclüyük!”. Azərbaycan cəmiyyətinin bütün üzvləri kimi bəyan edirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə birlikdəyik, Onun ətrafında sıx birləşmişik. Xalq və dövlətimiz üçün gördüyünüz xeyirli, gərəkli işlərə görə, Ona öz dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik cənab Prezident”.
Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranan 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) 2,3 milyon şəxs alır. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Bundan başqa xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb. Aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.
İnformasiya Təşəbbüslərinə Dəstək İctimai birliyin sədri Cəsarət Hüseynzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan ciddi və təxirəsalınmaz addımlar öz bəhrəsini verməkdədir. Pandemiya ilə bağlı vəziyyət idarəolunan səviyyəyə düşüb və görülən davamlı tədbirlər nəticəsində ölkə əhalisinin sağlamlığı təmin olunmaqdadır: “Cənab Prezident, 2018-ci il prezident seçkilərindən sonra həyata keçirdiniz islahatlar kursu da məhz pandemiya dövründə hökumətin mobil və uğurlu fəaliyyətini bir daha göstərdi”.

QHT sədri onu da vurğulayıb ki, Prezident tərəfindən insanların sağlamlığının qorunması siyasətinin əsas və ilk məqsəd olduğunu bildirməyi və bununla yanaşı dövlət resursların məhz ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəldilməsi də ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilməkdədir: “Qeyri-leqal sahədə günəmuzd çalısan şəxslərin pandemiya dövründə işlərini müvəqqəti itirməsi səbəbindən onların işsiz kimi qeydə alınaraq yarımların edilməsi, vaxtı bitmiş ünvanlı sosial yardım alan şəxslər üçün bu yarımın pandemiya dövründə davam etdirilməsi və bu ailələrin sayının artırılması, 65 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi, ödənişli sosial işlərə cəlb olunanların sayının dəfələrlə arıtlaması, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və onlarla bu tip sosial addımlar dövlətin vətəndaşına dəstək olmasının göstəricisidir. Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkənin pandemiyadan sonrakı iqtisadi inkişafın nəzərə alınaraq sahibkarlıq subyektlərinə dövlət dəstəyi göstərilməkdədir”.
QHT sədri onu da bildirib ki, dövlət dəstəyi iqtisadi stabilliyi saxlamaqla bərabər, bu sahədə çalışan ölkə vətəndaşların sosial müdafiəsini də əhatə etməkdədir: “Bu baxımdan həm fərdi (mikro) sahibkarlara göstərilən dəstək və həcmin pandemiyanın təsirinə məruz qalan sahələrdə çalışam işçilərin əmək haqların bir hissənin dövlət tərəfindən ödənilməsini qeyd etmək olar. Pandemiya şəraitində tibb, sosial xidmətlər sahəsində çalışan şəxslərin əmək haqqının artırması göstərdi ki, hər bir Azərbaycan vətəndaşı Prezidentin diqqəti və himayəsindədir. Bu ağır günlərdə dünya bir daha şahid oldu ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Prezidentin atdığı bütün addımlar, apardığı uğurlu siyasət ölkə vətəndaşları, o cümlədən də qeyri- hökumət təşkilatları tərəfindən də yüksək qiymətləndirilir”.

Cavid