Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşüb
22 Oktyabr 17:12
22 Oktyabr 17:12
22 Oktyabr 13:34
22 Oktyabr 13:03
25 Aprel 2020 16:05
3 948
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib.
Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:
“Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.
Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynayıb. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!"
22 Oktyabr 19:27
889
22 Oktyabr 16:45
945
22 Oktyabr 15:20
1 022