16:31
553
Transfermarkt portalı UEFA Çempionlar Liqası tarixində ən çox qol vuran və oyun keçirən türk futbolçuların statistikasını açıqlayıb.
Hakan Şükür və Burak Yılmaz hərəyə 13 qolla turnirin tarixində ən çox fərqlənən türkiyəli futbolçulardır.
Belə ki, Hakan Şükür “Qalatasaray”ın heyətində keçirdiyi 42 matçda, Burak Yılmaz isə 40 qarşılaşmada 13 qol vurub. Hakan Çalhanoğlu və Metin Oktay hərəyə 12 qolla növbəti pillələri bölüşürlər. Çalhanoğlu bu qollara 65 matçda, “Qalatasaray”ın əfsanəsi Metin Oktay isə cəmi 13 oyunda imza atıb.
Hakan Çalhanoğlu türkiyəli futbolçular arasında Çempionlar Liqasında ən çox oyun keçirən futbolçudur. O, 65 matçla siyahıya başçılıq edir. “Qalatasaray”ın sabiq kapitanı Bülent Korkmaz 61 oyunla ikinci, Arif Erdem 55, Ergün Penbe 51, Hasan Şaş isə 47 qarşılaşma ilə ilk beşlikdə yer alır.
“Real Madrid”in türk futbolçusu Arda Gülər və “Qalatasaray”ın üzvü Yunus Akgün də Çempionlar Liqasındakı qol saylarını 3-ə çatdırıblar. Arda Gülər turnirdə keçirdiyi 23 matçda, Yunus Akgün isə 13 qarşılaşmada 3 qol vurub.