16:37
532
Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatından olan husilər Ər-Riyadda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.
"Yəmən Silahlı Qüvvələri son 48 saat ərzində ballistik raketlər və pilotsuz uçuş aparatlarının tətbiqi ilə dörd dəqiq hərbi əməliyyat keçirib, bunlardan birincisi Səudiyyə Ərəbistanının paytaxtındakı Müdafiə Nazirliyinin binasına yönəlib", - deyə o, "Telegram" kanalında yazıb.
Bununla yanaşı, husilər ölkənin qərbindəki Yənbə şəhərində Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin infrastrukturuna da hücum ediblər.
Məryəm Quliyeva