14:05
560
Genişmiqyaslı münaqişə bərpa olunacağı təqdirdə, Yaxın Şərqdə ABŞ-yə məxsus rabitə kabelləri, məlumat mərkəzləri (data-mərkəzlər) və süni intellekt infrastrukturu obyektləri İranın zərbə zonasında ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizayi bəyan edib.
"Birləşmiş Ştatların regionda dəyərli aktivləri var. Müharibə baş verəcəyi təqdirdə kabellər, data-mərkəzlər və süni intellekt obyektləri də zərbə zonasında ola bilər. Əgər münaqişə yenidən başlasa, bizim daha genişmiqyaslı planımız olacaq", - deyə o, "Drop Site" nəşrinə müsahibəsində qeyd edib.
Rizayinin sözlərinə görə, Tehran raketlərin və pilotsuz uçuş aparatlarının tətbiqi ilə əməliyyatları davam etdirmək üçün hələ də lazımi potensiala malikdir, ölkənin hərbi sənayesi isə hətta uzunmüddətli qarşıdurma şəraitində belə fasiləsiz istehsal və itkilərin bərpası dövrəsini saxlamağa qadirdir.
Məryəm Quliyeva