Sumqayıtda çay evində 62 yaşlı kişi bıçaqlandı Hadisə

Sumqayıtda çay evində 62 yaşlı kişi bıçaqlandı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində yerləşən “Pürrəngi” çay evində qeydə alınıb.

Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Şirəliyev Yadigar Muxtar oğlu aralarında yaranan münaqişə zəminində Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Ənvər oğluna bıçaqla xəsarət yetirib.

Hadisənin təfərrüatları araşdırılır.