Pentaqon Trampın əmrini gözləyərək qoşunları İran sərhədinə köçürür Dünya

Pentaqon Trampın əmrini gözləyərək qoşunları İran sərhədinə köçürür

Pentaqon ABŞ Prezidenti Donald Trampın yeni əməliyyatın başlanmasına icazə verməsini gözləyərək qoşunlarını fəal şəkildə İran sərhədinə daha yaxın ərazilərə köçürür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Drop Site News" portalı məlumat yayıb.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iri hərbi əməliyyatları bərpa etmək üçün hər şeyi nizama salır", - deyə adı açıqlanmayan amerikalı rəsmi bildirib.

O, bildirib ki, Tramp artıq yeddi dəfə "son anda" İrana və Yəməndəki "Ənsar Allah" hərəkatının husilərinə qarşı əməliyyatları ləğv edib.

Portalın həmsöhbəti həmçinin etiraf edib ki, ABŞ İrana qarşı "Epik qəzəb" əməliyyatına "bütün zəruri resurslara malik olmadan" başlayıb.

Məryəm Quliyeva