"Tramp müharibəni dayandıra bilərdi, lakin Putinin məqsədi dəyişmir" - Zelenski Dünya

"Tramp müharibəni dayandıra bilərdi, lakin Putinin məqsədi dəyişmir" - Zelenski

"Vladimir Putin hakimiyyətdə qaldığı müddətdə kimin prezident olmasının əhəmiyyəti yoxdur".

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Trampın Putinlə xüsusi münasibətləri var idi və bəlkə də indi də var. İstisna deyil ki, onların yaxşı münasibətləri tammiqyaslı işğalın qarşısını ala bilərdi.

Lakin prezidentlik müddətləri başa çatır, Putinin məqsədləri isə eyni qalır. Tez və ya gec Donald Tramp prezident postunu tərk edəcəkdi, Putin isə Ukraynanı işğal etmək planlarından əl çəkməyəcəkdi", - deyə o əlavə edib.

"Tramp tammiqyaslı müharibənin qarşısını ala bilərdi, lakin Putin yenə də Ukraynanı ələ keçirmək istəyəcəkdi", - deyə Zelenski vurğulayıb.

Məryəm Quliyeva