Can Uzunun transfer qiyməti bəlli oldu İdman

Can Uzunun transfer qiyməti bəlli oldu

Almaniyanın “Ayntraxt Frankfurt” klubunun türkiyəli futbolçusu Can Uzun Avropanın bir sıra klublarının maraq dairəsinə düşüb.

Jurnalist Ekrem Konur xəbər verir ki, İngiltərənin “Everton”, “Aston Villa” və “Brayton”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Milan” və “Napoli” klubları 20 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Türkiyə millisinin üzvü mövsümün ilk 6 matçında 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Gənc futbolçu ötən mövsüm də çıxışı ilə diqqət çəkib.

Qeyd edək ki, Can Uzunun “Ayntraxt Frankfurt”la müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. Onun müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. Bu səbəbdən futbolçunu transfer etmək istəyən klublar həmin məbləği ödəməli olacaqlar.