12 May 2020 12:34
2 023
“Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasından 26 il ötür”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, sülh prosesində Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir.
“Bununla yanaşı, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini müntəzəm pozaraq təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, günahsız mülki şəxsləri də hədəf alır”, - deyə vurğulanıb.
Xatırladaq ki, 1994-cü ildə tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.
19:36
749
19:36
742
19:35
728