26 Dekabr 21:04
26 Dekabr 20:22
28 May 2020 18:15
2 632
Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə bütün Laos xalqı adından və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətləri və səmərəli əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Fürsətdən istifadə edərək Sizə şəxsi rifah və şərəfli fəaliyyətinizdə uğurlar arzu edirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
13:18
623
26 Dekabr 22:15
1 260
26 Dekabr 19:14
1 323