"Red Bull" pilotu: Bakı Qran-prisinin qalibi olmaq istəyirəm İdman

"Red Bull" pilotu: Bakı Qran-prisinin qalibi olmaq istəyirəm

“Bakı Qran-prisinin qalibi olmaq istəyirəm”.

Bunu “Red Bull” komandasının fransalı pilotu İsak Hacar Formula 1 üzrə Azərbaycan Qran-prisi öncəsi keçirilən mətbuat konfransında deyib.

O, zədəli olduğu üçün hazırlıqları çətin keçiridiyini qeyd edib:

“Biləyimdə zədə var idi. Bir neçə həftə ərzində bərpa olundum, bu dövr mənim üçün çətin keçdi. İnsan belə anlarda tez bir zamanda treke geri qayıtmaq istəyir. Son bir neçə həftə mənim üçün məyusedici olsa da, indi yenidən mübarizəyə qayıtmaq əla hissdir. Rəqiblərimə qalib gəlmək istəyirəm”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-də start götürəcək və ayın 26-da başa çatacaq.