14:07
378
İsrail hərbçiləri Qəzza zolağında fələstinlilərin radikal HƏMAS hərəkatının maliyyə departamentinin rəhbəri Məhəmməd Əbu Əlvanı zərərsizləşdiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və Müdafiə naziri İsrael Katzın birgə bəyanatında bildirilir.
Məlumatda nöqtə zərbəsi ilə həyata keçirilən bu əməliyyatın anklavın cənubundakı Xan Yunis şəhərində baş tutduğu qeyd olunur.
"Biz HƏMAS komandirlərini və döyüşçülərini təqib etməyə, onun maliyyə mənbələri ilə mübarizə aparmağa və terror infrastrukturunu məhv etməyə davam edəcəyik. Biz HƏMAS-ın öz qüvvələrini bərpa etməsinə imkan verməyəcəyik və HƏMAS Qəzza zolağından tamamilə yox olana qədər dayanmayacağıq", - deyə bəyanatda vurğulanır.
Məryəm Quliyeva