İran XİN rəhbəri Lavrovla görüşmək niyyətindədir Dünya

İran XİN rəhbəri Lavrovla görüşmək niyyətindədir

İranın Xarici İşlər naziri Abbas Əraqçi BMT Baş Assambleyası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirməyə ümid edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali məlumat yayıb.

"Biz bunun baş tutacağını gözləyirik və ümid edirik", - deyə diplomat müvafiq görüşün perspektivləri haqqında suala cavab verərkən qeyd edib.

Əvvəllər Rusiya XİN-in Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov TASS-a müsahibəsində bildirmişdi ki, Lavrov BMT Baş Assambleyası çərçivəsində 20-yə yaxın beynəlxalq görüşdə iştirak edəcək.

Məryəm Quliyeva