31 May 2020 13:20
1 848
“Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib. O bildirib ki, gələcəkdə Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək, bu məsələni sazişdə ayrıca qeyd etmək lazımdır: “Qars müqaviləsinə görə, Türkiyə Naxçıvan Muxtariyyətinin təminatçılarından biridir. Türkiyə Naxçıvan üçün ayrıca preferensiya verə bilər. Ulu öndər 1993-94-cü illərdə Naxçıvanda işləyəndə Qars müqaviləsi əsasında Naxçıvanda xeyli işlər gördü. Ulu öndər Süleyman Dəmirələ bu məsələdə təkliflər vermişdi. Bu tarixi müqavilələr hələ də qüvvədədir. Bu müqavilələrdən istifadə etmək lazımdır”.
17:12
518
16:50
679
16:04
826