“Toomas de Vaal regionu yaxşı tanımır” Siyasət

“Toomas de Vaal regionu yaxşı tanımır”

Zahid Oruc: "Onun son açıqlamasında hissə qapılma və təhrif məqamları mövcuddur"

"Azərbaycan üçün iki böyük risk görürəm. Birincisi Rusiya və İran faktorudur. Lakin məlumdur ki, bu ölkələr Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlərə malikdir. İkinci böyük risk isə dini radikallıqdır. Bu radikal qrupun Azərbaycanın siyasi səhnəsinə keçməsi təhlükəsi var. Hansı ki, bu gün onların bir çoxu Suriya və İraqda İŞİD tərkibində vuruşurlar. Onlar bir gün evlərinə qayıdacaqlar".
Avrasiya.net xəbər verir ki, bu barədə "Karnegi" fondunun Qafqaz üzrə eksperti, Böyük Britaniyadan olan jurnalist Tomas de Vall "Amerikanın səsi"nə müsahibəsində deyib. Tomas de Vall qeyd edib ki, daha bir təhlükə Qarabağ müharibəsinin yenidən alovlanmasıdır: "Təmas xəttində biz vaxtaşırı kiçik toqquşmaların şahidi oluruq. Ağır silahların işə düşməsi nəticəsində hətta kütləvi itkilər də olur".
Britaniyalı jurnalist rəsmi Bakıya Vaşinqtonun məsləhətlərinə qulaq asmağı tövsiyə edib: "Qarşılıqlı güzəştlər əsasında Azərbaycan Qərb və Şərq arasında əhəmiyyətli strateji dəhlizə çevrilə bilər. Əlbəttə, güzəştlərə nail olmaq bir qədər çətindir. Lakin itirilmiş torpaqlar qaytarılacaq, qaçqın və məcburi köçkünlər geri qayıdacaq. Bu Azərbaycanı gücləndirə bilər. Güzəştlər danışıqlar masasında müzakirə edilməlidir. Azərbaycan Laçın dəhlizindən başqa Dağlıq Qarabağ ətrafında 7 rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququ verilir. Regionun son statusu uzun müddətli dövr ərzində qeyri-müəyyən olaraq qalır və 20-30 il sonra referendum keçirilir. Bu dövr üçün Azərbaycan və Ermənistan münasibətləri qurulur. Azərbaycan Ermənistanı iqtisadi cəhətdən xeyli qabaqlayır. Azərbaycan Ermənistan üzərində "yumşaq gücü" istifadə edə bilər. İnsanlar doğra yurdlarına qayıdacaqlar, təhlükəsizlik vəziyyəti və həyat şəraiti yaxşılaşacaq".
Siyasi ekspert Əli Orucovun fikrincə, Tomas De Vaalın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqlamaları onu deməyə əsas verir ki, O, Qafqaz regionun coğrafiyasını və tarixini ya yaxşı bilmir, ya da bilərəkdən təhriflərə yol verir: "Ekspert regionu heç yaxşı da tanımır. Tanısaydı və ətraflı bilgiləri olsaydı, Daqğlıq Qarabağ münaqişəsi ilə bağlı belə fikirlər səsləndirməzdi. Onun dediklərindən elə çıxır ki, Azərbaycan öz ayrılmaz parçası olan Dağlıq Qarabağdan əl çəkməli, Xankəndində separatçıların, terrorçuların bayrağı dalğalanmalıdır. Rəsmi Bakı konfliktin sülh yolu ilə nizmlanması üçün mümkün ola biləcək güzəştləri edib. Artlq bu limit bitdiyindən daha nəyisiə güzəşt istəmək yersizdir. İstər Tomas De Vall, istərsə də digər siyasilər və analitiklər birdəfəlik bilməlidirlərlər Azərbaycan işğala məruz qalıb və bu gün dünyanı terrorizm və separatizm təhlükəsi cənginə aldığı bir vaxtda belə yanaşmalar dünya düzənin tamimilə pozulmasına, yeni münaqişə ocaqlarının yaranmasına rəvac verir. Hesab edirəm ki, Azərbaycan birtərəfli qaydada Qərbə üz tutması, qonşularını nəzərə almaması indiki vaxtda milli və dövləti maraqlarımıza taamilə cavab vermir".
Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc isə qeyd edib ki, Tomas De Vaal Qərbin maraqlarını əks etdirən rəsmi bir şəxs deyil: "Ancaq bu dövr ərzində yaxından regiona bələd, dəfələrlə bizim bölgədə səfərlərdə olan və istənilən situasiyasını yaxından müşahidə edən, eləcə də məşhur "Karabakh" kitabını qələmə alan şəxsdir. Bu insanın hazırki dövrdə Cənubi Qafqazdakı vəziyyətə yaxından bələd olduğunu nəzərə alıb müxtəlif beynəlxalq tədbirlərə, konfranslara dəvət edirlər. Təbii ki, onun fikirləri ilə müəyyən qədər hesablaşır, analitik dairələrdə ona hörmət edilir. Onun son açıqlamasında hissə qapılma və təhrif məqamları mövcuddur. Həmin yazıda guya ki, hakimiyyət tərəfindən hər hansı bir siyasi qüvvələrə qarşı təzyiqlərin edilməsinin ən sonda radikalizmlə nəticələnəcəyi və hazırda İraqda və Suriyada döyüşənləri də əlavə edib az qala terror gözlədiyini anons edir". Zahid Oruc Dağlıq Qarabağ məsələsinə toxunaraq əlavə edib ki, Tomas De Vall istənilən formada mövqeyini açıqlaya bilər: "Ancaq fakt bundan ibarətdir ki, o, özünün kitabında da göstərdiyi kimi ölkədə hazırki dövrdə Qərblə münasibətləri quran tərəf Azərbaycandır. Bu xətt bağlansa, Gürcüstanın faktiki olaraq nə resursu var ki, Avropa ilə əlaqələrində regional siyasət dəyişmiş olsun. Bilirik ki, iqtisadi proseslər bölgədəki aktivliyi müəyyən edir. Ona görə də bütövlükdə bizim Qarabağ uğrunda savaşımızın nə ilə nəticələnəcəyini fərqli nəzərdən dəyərlərləndirənlər ola bilər. İddia edilə bilər ki, hazırki dövrdə Rusiya ilə Ukrayna arasındakı savaşdan yararlanıb yalnız bir neçə rayonu qaytara, Rusiya ilə əlaqələrimizi sıxlaşdırmaqla onun qurmaq istədiyi goepolitik layihələrə qatılmaqla ərazi bütövlüyümüzün təminatında mühüm addımlar ata bilərik. Eləcə də kimsə iddia edə bilər ki, əksinə Qərb daha əlverişlidir, biz onlara söykənməklə guya Rusiyanın daha da zəifləməsində iştirak edəcəyik və beləliklə özümüzün əzəli və əbədi düşmənimiz olan Ermənistanla hesabın XXI əsrdə tam çözülməsinə nail olarıq. Üçüncülər də müəyyən mənada neytral mövqe təklif edərlər ki, hazırki dövrdə bu beynəlxalq konfrantasiyanın mərkəzində olmayaq. Ona görə də mən Tomas De Vaalın fikirlərinə belə qiymət verərdim ki, ölkəmizin məqsədi hazırki dövrdə istənilən bir şəraitdə nəyin bahasına olur-olsun Xankəndinə bayraq sancmaqdan daha çox torpaq bütövlüyünü optimal formada reallaşdırmaqdır. Bu nə qədər sülh vasitələri ilə mümkün olacaqsa, bir o qədər yaxşı olacaq. Biz sadəcə terror və ya partizan müharibəsi, yaxud da məlum beynəlxalq şəraitdən faydalanıb bir həftəlik silahlı əməliyyatlarla nə isə qaytaracağımıza ümid bəsləyəcəyək bir avantürist addımlar atmarıq. Ona görə ki, buna bizi təhrik etmək istəyən dairələr var. Zənnimcə, bu fikirlər bütünlüklə Tomas De Vall kimi düşünənlərə reaksiyamızı göstəririk ki, hazırda bizim davamız, mübarizəmiz ərazi bütövlüyünə nail olmaq məsələsidir. Bu məsələ artıq 20 ildən çoxdur gündəmdədir. Təəssüf ki, məlum beynəlxalq münaqişələr, hadisələr Qafqazdakı prosesləri müəyyən mənada arxa planda saxlayır. Bu, bir tərəfdən də bizim ziyanımıza deyil".

Əli