“Putinin planları uğurlu olamyacaq” Siyasət

“Putinin planları uğurlu olamyacaq”

Məhəmməd Əsəsdullazadə: “Rusiyanın geosiyasi müstəvidə möhkəmlənmək planı var”

“Rusiyanın Ermənistana yeni silahlar və havdan müdafiə sistemləri göndəməsi, Kremlin regionda son günlər inkişaf edən Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından irəli gəlir. Rusiya bununla yeni mərhələyə qədəm qoyan Azərbaycan -Türkiyə hərbi müttəfiqliyinə qarşı olduğunu göstərir”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri politoloq Məhəmməd Əsəsdullazadə səsləndirib. Politoloq bildirib ki, məhz Azərbaycan prezidenti İlham Əliyevin Moskvada keçirilən paradda iştirak etməməsi, pərdəarxası davam edən problemlərin nəticəsidir: “Bu probelmlər əsasən regionda davam edən proseslərdən qaynaqlanır. Fikir versək, Cənubi Qafqazın üç dövət başçısı bu paradda iştirak etmədi. Bu, o deməkdir ki, Rusiya Cənubi Qafqazda heç də göründyü kimi deyil.
Qeyd edim ki, hava yolu və Xəzər dənizi vasitəsilə İran ərazisindən göndərilən bu silahların böyük partiyası Gümrüdə "102" saylı hərbi bazaya yerləşdirilsədə, hədəf birbaşa Qarabağ məsələsidir. Xəzər dənizi vasitəsilə İran ərazisindən keçən hərbi yüklərin Azərbaycanın işğal olunmuş ərazisinə daşınması istisna deyil. Çünki, bu körpü aktiv fəaliyyət göstərir və oradan istifadə edilir. Göründüyü kimi Araz çayında tikilən Azərbaycanın milli təhlükəsilziyinə təhdid olan bu körpü Rusiyanın geosiyasi maraqlarını da təmin edə bilir.
Ermənistana göndərilən bu silahların Naxçıvan istiqmətində və işğal olunmuş ərazilərdə yerləşdirilməsi mümkündür. Ermənistan son vaxtlar iki istqamətdə müdafiəni gücləndirməkdədir.
Göründüyü kimi Ermənistanla aparılan Qarabağ danışıqlarI sadəcə imitasiya xarakteri daşıyır. Əlbəttə ki, bu imitasiyanı yaradan Rusiya və Ermənistan tandemidir. Ermənistanda artan Rusiya isterikasına baxmayaraq, Kremlin bu hərbi dəstəyi heç də Ermənistanı müdafiə etmək deyil. Cənubi Qafqazda Ermənistan və Azərbayanı təzyiq altında saxlamaq siyasətidir.
Rusiya Ermənistanı hərbi cəhətdən gücləndirməklə, bu ölkədən çıxmasını planlaşdırmır. Həmçinin, Türkiyə sərhəddində yeni geosiyasi toqquşmalar fonunda hərbi qüvvlərini artırır. Ermənistanda siyasi qüvvələrə qarşı , xüsusilə hakimiyyətə qarşı yeni təzyiqlərə başlanmasını planlayır. Rusiyanın Gümrüdə 102 saylı hərbi bazası regionda Moskanın siyasi-hərbi qərargahıdır və buradan Türkiyə, Azərbaycan və Ermənistan, həmçinin Gürcüstana nəzarət edir. Ermənistanda Baş nazir Nikol Paşinyan Qərbin dəstəyi ilə güclənərək, anti-Rusiya siyasətini davam etdirsə, onun hərbi qüvvələr tərəfindən devrilməsi reallaşa bilər. Rusiyada konustitusiya dəyişilikləri, məhz Rusiyanın geosiyasi müstəvidə möhkəmlənmək planının tərkib hissəsidir. Amma Putinin bu planları heç də uğurlu olamyacaq”.