Prezident İlham Əliyev: Bütün layihələr uğurla icra edilir Siyasət
- 10 Avqust 2020 16:19
- 1 701
Bütün layihələr uğurla icra edilir.
Bunu Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Bu gün bu barədə mənə kiçik təqdimat edildi. Bildiyiniz kimi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib.
“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir.
Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır.
Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir.
“Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır".
- 16:13
- 406
- 15:58
- 441
- 15:56
- 462
-
Şəkidə 2 mərtəbəli ev yanıb
-
Türkiyənin keçmiş idman naziri evində ölü tapılıb
-
Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib
-
İlk rübdə Azərbaycanın sığorta bazarı 8% böyüyüb
-
Azərbaycan ABŞ-la maliyyə sahəsində kibertəhlükəsizlik məsələlərini müzakirə edib
-
Kobaxidze Viktor Orbanla görüşəcək
-
Fransa klubu Zubiri transfer etmək istəyir
-
Əfv Məsələləri Komissiyasının iclası keçirildi - Müraciətlərə baxıldı
-
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
-
İmmunçatışmazlığı olan hər il qripə qarşı peyvənd edilməlidir - SN
-
Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir
-
Azərbaycan mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə tam sadiqdir - Elçin Əmirbəyov
-
Bu il Cəbrayıla 712 ailənin köçürülməsi nəzərdə tutulur
-
Pakistandan Azərbaycana turist axınının artırılması üçün yeni imkanlar açılır
-
Bakı dünyada ən çox xarici investisiya yatırılan üçüncü şəhər olub
-
Azərbaycan və İordaniya prokurorluqları arasında memorandum imzalanması barədə razılığa gəlinib
-
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı birtərəfli bəyanatları rədd edib
-
“TikTok”dan yazırlar ki, gəlib uşağı çəkək, amma öz bank kartımızı qoyaq: yardım kampaniyası, yoxsa etibardan sui-istifadə? - ARAŞDIRMA
-
Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib
-
Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır - Hulusi Kılıç
-
Azərbaycanın keçdiyi inkişaf yolu bir çoxları üçün nümunədir - Sevil Mikayılova
-
YAP Xətai rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
-
Normallaşmanın başlanğıc nöqtəsi
-
Ankara və Bakı Şərqi Qərblə birləşdirir
-
Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb
-
2026-cı ilədək Laçına 5 mindən çox sakin qayıdacaq
-
Azərbaycan СОР29 platformasından öz tarixindən bəhs etmək üçün istifadə edə bilər - Metyu Brayza
-
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib
-
Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir - Sadır Japarov
-
Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur
-
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb
-
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub - YENİLƏNİB
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB
-
Prezident İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib
-
Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
-
Azərbaycan və Ermənistan arasında sülh həm regiona, həm də Qazaxıstana faydaya zəmanət verir - ŞƏRH
-
Azərbaycanda məşhur həkim özünü güllələyib
-
Prezident İlham Əliyev: Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
-
Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
-
Yanvar-mart aylarında Türkiyənin Qırğızısıtana sement məhsulları ixracının həcmi açıqlanıb
-
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib
-
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” dəyişiklik edilib - FƏRMAN
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
İcra məmurunun təqdimatıyla borclunun əmlakına həbs qoyulmasının prosessual əsasları müəyyən edilib
-
Laçında otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə konfrans işə başlayıb
-
Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
-
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
-
Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
“Təhsil haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
-
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başladı
-
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
-
Azərbaycan və Qırğızıstan Prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
-
Sabahın hava PROQNOZU
-
Hulusi Kılıç: Azərbaycanla Ermənistanın xarici müdaxiləsiz razılıq əldə etməsi önəmli addımdır
-
COP29 qlobal problemlərin həllinə ciddi töhfə verə bilər - Printon universitetinin professoru
-
Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlanıb - SİYAHI
-
AMEA-da yeni şöbələr yaradıldı
-
NYMEX əmtəə birjasında təbii qaz ucuzlaşı