" Zahid Oruca dedim ki..." Siyasət

" Zahid Oruca dedim ki..."

" Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, hörmətli millət vəkilimiz Zahid Oruc ölkənin ən tanınmış vətəndaş cəmiyyətinin rəhbərləri ilə "Azərbaycanda İnsan Hüquqlarının vəziyyəti: hüquqi-normativ aktların təkmilləşdirilməsi yönündə dövlət və vətəndaş cəmiyyətinin birgə səyləri" mövzusunda video konfrans keçirdi. Görüşdə tək Azərbaycanda deyil dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, qurumlarında tanınan QHT sədrləri- Novella Cəfəroğlu, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Mirvari Qəhrəmanlı, Mehriban Zeynalova, Səadət Bənəniyarlı, Rauf Zeyni, Yeganə Hacıyeva, Əvəz Həsənov, Ələsgər Məmmədli, Rəfayil Becanov, İradə Yaqubova, Gulay Quliyeva, Şəmsəddin Əliyev, Davud Rəhimli, Ramil İsgəndərli və digərləri iştirak etdi"- bu açıqlamanı BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı "Xalq Cəbhəsi.az" saytına açıqlamasında bildirib. Onun sözlərinə görə 3 saata yaxın keçirilən konfransda ölkəmizin ən vacib proritet sahələrinə və mövcud problemlərinə toxunulub:" Çox müsbət tendensiyanın şahidi oluruq. Milli Məclisin rəhbərliyi də QHT rəhbərlərinin müzakirəsini təşkil edir və onları dinləyir. Mövcud problemləri hər kəsin öz dilindən eşidirlər. Bilirsiniz ki, həmçinin də Cənab Prezidenin köməkçisi hörmətli Hikmət Hacıyev də QHT sədrləri ilə görüşlər keçirdir. Zahid Oruc Milli Məclisin Komitə sədri olmaqla yanaşı, həm də Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir. Cənab Prezident İlham Əliyevin etimadı ilə ən önəmli sahəyə rəhbərlik edir. Görüşə qatılan 30 nəfər QHT sədrinin hər biri ölkəmizdə həm insan hüquqlarının vəziyyətindən, mövcud problemlərdən və onların həlli isiqamətlərindən bəhs etdilər. Qeyd etdiyim kimi, vətəndaş cəmiyyətinin bu rəhbərlərinin elə müstəqil Azərbaycan dövlətinin yaşı qədər ictimai, siyasi fəaliyyəti var. Bu şəxslər 30 ilə yaxındır ki, ölkəmizdə vətəndaş institutunun inkişafında yaxından istirak ediblər, həm də dövlətimizin güclənməsində, milli maraqlarımızın qorunmasında fədakarlıq ediblər. Bu adamları dinləyib doğru qərarlar qəbul etmək, ən doğru addımdır. Təbii ki, bütün bunları birbaşa Prezident İlham Əliyevin apardığı köklü islahatların tərkib hissəsi kimi qiymətləndirirəm!"
QHT sədri Niyaməddin Orduxanlının dediyinə görə, konfransın əsas istiqamətləri insan hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyə və qanunvericiliyin təkmilləşdirilməsi yönündə fəaliyyətin yeni mərhələsi olub: təkliflər, tövsiyyələr, mövqelər, insan hüquqlarının müdafiəsi ilə bağlı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın, birgə layihələrin əsas istiqamətləri təşkil edilirdi: " Bütün bunlarla yanaşı öz növbədə çıxışımda bu gün ən vacib bir necə problemə toxundum . Komitə sədri Zahid Oruca dedim ki, Azərbaycanda təhsil haqlarının həddinən artıq yüksək olduğu səbəbindən, son 10 ildə təhsil haqlarını ödəyə bilməyən 30 000-dən artıq tələbə unversitetdən kənarlaşdırılıb. Bu da təhsildən uzaqlaşma deməklə yanaşı, həm də o gənclərin gələcəyi ümidinin itməsi deməkdir. Bu faktı hər kəsi narahat etməlidir. Çox düşündürücü fakordur. Rəsimilərimiz bununla bağlı ciddi fikirləşməlidir və ən doğru qərarlar qəbul etməlidir. Bır çox hallarda deyirlər ki, qız övladlarının təhsili çox vacibdir. Bəli, mən də razıyam. Ancaq oğlan övladlarımızın da təhsil alması son dərəcə önəmlidir. Nəzərə alsaq ki,həmin oğlanlar gələcəyin ailə başçıları olacaq. Ailə başçısının da ali təhsil alması çox yaxşı olar. Və gələcək cəmiyyətimizin inkişafında da əsas rol oynayar. Digər bir məsələ isə, qanunvericilik orqanı olan Mill Məclisin komitə iclaslarında qəbul edilmiş qərarların müzakirəsində QHT rəhbərlərinin dəvət olunmamasını dedim. Niyə bu kadrların fikirlərini, rəylərinə dinləməsinlər? Nə ziyanı ola bilər bunun?! Sonda dövlət və milli maraqlarımız naminə və Azərbaycan dövlətinin beynəlxalq imicinin korlanmasını istəyən qüvvələrin olduğunu nəzərə alaraq Tofiq Yaqublunun əfv edilməsi məsələsindən də danışdım. Konfrans iştirakçilərinin diqqətinə çatdırdım ki, BAXCP sədri, millət vəkili hörməli Qüdrət Həsənquliyev Tofiq Yaqublunun əfv olunması üçün cənab Prezident İlham Əliyevə müraciət edib. Konfransın yekununda Zahid Oruc hər bir QHT sədrinin təklifinin qeyd olunduğunu və ən vacib problemlərin həll olunması istiqamətində ölkə başcısı İlham Əliyevə məlumat çatdıracağını bildirdi."