“Human Rights Watch”ın növbəti simasızlığı Siyasət

“Human Rights Watch”ın növbəti simasızlığı

Bu təşkilat vurulan hərbi helikopterlə bağlı bağlı məsələyə dolayısı ilə anında reaksiya verib

Bahar Muradova: "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı mövqeyi müxtəlif maraqlara söykənir"

Ermənipərəst beynəlxaql təşkilatlar yenə Azərbaycana qarşı dişlərini qıcayıblar. "Human Rights Watch" ənənvi olaraq bu dəfə də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi barədə qərəzli rəy açıqlayıb. Təşkilat iddia edib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə insan hüquqları ilə bağlı vəziyyət pisləşib.
Maraqlıdır ki, bəyanat məhz təmas xəttində Azərbaycan Ordusunun mövqeyinə hücum etməyə cəhd edən Erməistana məxsus hərbi helikopterin vurulması olə eyn günə "təsadüf edib". Belə görünür ki, bu təşkilat vurulan hərbi helikopterlə bağlı bağlı məsələyə anında "insan hüquqları" kontekstində reaksiya verib.
Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı formalaşmış, müxtəlif maraqlara söykənən münasibəti var.
B.Muradova qeyd edib ki, "Human Rights Watch" təşkilatından bundan artıq bəyanat gözləmək sadəlövhlük olardı: "Çünki Azərbaycanın hansı quruma sədrlik etməsindən, hansı layihələri reallaşdırmasından, ölkədə hansı islahatların, hansı inkişaf yönümlü layihələrin həyata keçirilməsindən asılı olmayaraq, onlar yenilənmə olduğunu görmək istəmirlər. Ona görə də bu təşkilatın mövqeyində qəribəlik axtarmaq lazım deyil".
Vitse-spiker bildirib ki, "Human Rights Watch" və Azərbaycan deyəndə "Human Rights Watch" təşkilatının münasibətinin necə ola biləcəyi bəllidir: "Onların müəyyən etdiyi bir "standart" var. Onlar Azərbaycana yalnız bu çərçivədə yanaşırlar və istənilən fəaliyyəti geriləmə kimi qələmə verməkdə "mahirdirlər"".
B.Muradova qeyd edib ki, "Human Rights Watch"-un nə deməsindən asılı olmayaraq, Azərbaycanın Avropa Şurasına sədrliyi həm Azərbaycan, həm də Avropa Şurası üçün çox əhəmiyyətli olub: "Bu müddət ərzində keçirilən tədbirlərdə iştirak edən beynəlxalq nümayəndələr, müxtəlif təşkilatların üzvləri, parlamentarilər, siyasətçilər, sadə adamlar Azərbaycanın hansı işlər gördüyünün şahidi oldular".
Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə də təəssüflə bildirib ki, Azərbaycanda baş verən proseslər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən başqa cür yozulur və onlar bizim uğurları görmək istəmirlər. Onun sözlərinə görə, "Human Rights Watch" birinci dəfə deyil ki, Azərbaycanda hansısa problemlərin olduğunu dilə gətirir, əsassız və faktlara söykənməyən bəyanatlar yayır: "Bu baxımdan bir daha deyirəm ki, "Human Rights Watch"un budəfəki açıqlaması da əvvəlki notlar üzərindədir: Azərbaycanın uğurlarına qısqanclıqla yanaşmaq, Azərbaycanda yaxşı nəyisə dilə gətirməmək".
Millət vəkili bildirib ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə altı aylıq sədrliyi müddətində fəaliyyəti ilə bir daha göstərdi ki, təkcə Azərbaycan Avropa Şurasına lazım deyil, həm də Avropa Şurası Azərbaycana lazımdır: "Yəni bu əməkdaşlıq, bu münasibət və görülən işlər onu göstərdi ki, Azərbaycanın sədrliyi özünü demokratiyanın beşiyi adlandıran bir çox Avropa dövlətlərinin sədrlik etdiyi dövrlərdən heç də geridə qalmadı. Hesab edirəm ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə altı ay sədrlik etdiyi dövr hətta digər dövlətlərin sədrliyindən yaxşıdır".