 
                
                
                
             
                
                
                
            "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Tokayev noyabrın 12-də Rusiyaya səfərinin məqsədini açıqlayıb
İsrail səfiri: Azərbaycan və region "Tramp marşrutu"ndan möhtəşəm şəkildə faydalanacaq
Mərkəzi Bank "Monetri" BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
 27 Oktyabr  2020 19:49
27 Oktyabr  2020 19:49 2 002
2 002
27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik deyib.
O təəssüflə qeyd edib ki, dünya Ermənistanın Azərbaycana qarşı aqressiyasını görmür və Ermənistana göndərilən silahları inkar edir: "Dünya ictimaiyyəti kimin sülh istədiyini, kimin isə istəmədiyini çox gözəl bilir. Ermənistan işğal etdiyi torpaqlarda möhkəmlənmək üçün daha da aqressivləşir".
Ö.Çelik qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və bundan sonra da Azərbaycanın yanıda olmağa davam edəcək: "Sona qədər Azərbaycanın yanındayıq. Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyənlər ilk nöbədə Ermənistan ordusunun işğal edilmiş əraziləri tərk etməsini təmin etməlidirlər. Azərbaycanlı qardaşlarımız öz vətənlərini müdafiə edirlər. Ermənistan isə işğalçıdır və dərhal Azərbaycan torpaqlarından çıxmalıdır".
 17:58
17:58 546
546 17:53
17:53 588
588 17:52
17:52 609
609 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    