U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı İdman

U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

Güləş üzrə Bakıda keçirilən U-17 dünya çempionatı davam edir.

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı yarımfinalda döşək üzərinə çıxıb.

45 kq çəki dərəcəsində yarışan idmançının iranlı rəqibi Armen İsmailli görüşə çıxmayıb.

Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.