17:03
259
Amerika Birləşmiş Ştatları İranın nüvə fəaliyyəti barədə tam məlumata malikdir, İsrailin Baş naziri Binyamin Netanyahunun bu mövzuda nə isə danışmaq niyyətində olduğunu açıq şəkildə bəyan etməsinə gərək yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildiriş edib.
"Bibinin (Binyamin Netanyahu) bu barədə mənə nəsə danışmasına ehtiyacım yoxdur. Bibi prosesin içində qalmaq istədiyi üçün bunları mənə deyir", — deyə o, "Fox News" telekanalının efirində bildirib. "Ən yaxşı kameralar ora yönəldilmişdir, biz nə baş verdiyini dəqiq bilirik. Bibinin bunu elan etdiyini eşidəndə dedim: "Niyə bunu sadəcə mənə demirsən, nə üçün bütün dünyaya bəyan edirsən?" Mən Kolanq-Qaz-La dağı ərazisində nə baş verdiyini dəqiqliklə bilirəm. Bu, o qədər də böyük problem deyil".
Məryəm Quliyeva