16:55
238
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə, bu ölkənin körpülərini və elektrik stansiyalarını məhv edəcəyi ilə hədələyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib.
Donald Tramp İrana çox qısa zamanda ağır zərbə vura biləcəyini vurğulayıb:
"Mən bir saatdan da az vaxta onların əksər körpülərini dağıda bilərəm. Bir gün ərzində isə bütün elektrik stansiyalarını sıradan çıxararam".
ABŞ lideri vurğulayıb ki, İran razılığa gəlməsə, bu zərbələrin mütləq endiriləcəyini çox yaxşı bilir: "O körpülər yox olacaq".
Məryəm Quliyeva