13:18
357
İspaniyanın “Real Madrid” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub.
Bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulan dördillik müqavilə imzalanıb. Zidan avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. O, 2012-ci ildən Fransa millisini çalışdıran Didye Deşamı əvəzləyib.
Zinəddin Zidan beşillik fasilədən sonra məşqçiliyə qayıdıb. O, “Real Madrid”in baş məşqçisi kimi üçü UEFA Çempionlar Liqası olmaqla, ümumilikdə 11 titul qazanıb.