18:00
294
“Arts Council Azerbaijan” rəssamları Türkiyədə beynəlxalq yaradıcılıq seminar-məşğələsində iştirak ediblər.
İyulun 20-26-da Kocaeli vilayətinin İzmit şəhərində dünyanın hər yerindən sənətçiləri bir araya gətirən beynəlxalq yaradıcılıq seminar-məşğələsi keçirilib. Tədbirdə ölkəmizi “Arts Council Azerbaijan”ın rəssamları Nigar Əliyeva və Leylifər Müseyibova təmsil ediblər.
İştirakçılar bir həftə ərzində yeni əsərlər üzərində işləyib, peşəkar təcrübə mübadiləsi aparıb və müxtəlif ölkələrin bədii ənənələri haqqında məlumat əldə ediblər. Yaradıcılıq rezidenturası dövründə ərsəyə gələn əsərlərin nümayiş olunduğu yekun sərgi iyulun 25-də keçirilib.
Azərbaycanlı qadın rəssamların iştirakı beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsində və müasir Azərbaycan incəsənətinin beynəlxalq səviyyədə təşviqində daha bir addımdır. “Arts Council Azerbaijan” öz üzvlərinin beynəlxalq incəsənət layihələrində iştirakını dəstəkləməyə, peşəkar əlaqələri və mədəni dialoqu inkişaf etdirməyə davam edir.