Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq İdman

Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq.

Bu barədə Fabritsio Romano məlumat yayıb.

Tərəflərin bütün məsələlər üzrə razılığa gəldiyi və italiyalı mütəxəssisin təyinatının yaxın zamanda rəsmən açıqlanacağı bildirilib. İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqonun seçimi federasiya şurasının iclasında təsdiqlədiyi qeyd olunub.

Mançininin təyinatı Andrea Pirlo ilə danışıqların başa çatdırılmasından sonra gündəmə gəlib. İtaliyanın “Milan” klubunun sabiq yarımmüdafiəçisinin Rusiyanın bukmeker şirkətlərindən biri ilə kommersiya əlaqələri federasiya daxilində narazılıq yaradıb. Buna görə onunla müqavilə imzalanması son mərhələdə dayandırılıb.

Qeyd edək ki, Roberto Mançini 2018-2023-cü illərdə İtaliya millisini çalışdırıb. Komanda onun rəhbərliyi altında 2021-ci ildə keçirilən AVRO-2020-nin qalibi olub.