Çexiyada Rusiyaya qarşı sanksiyaları pozan 11 şəxs və şirkət məsuliyyətə cəlb edilib Gündəm

Çexiyada Rusiyaya qarşı sanksiyaları pozan 11 şəxs və şirkət məsuliyyətə cəlb edilib

Çexiyada Rusiyaya qarşı sanksiyalardan yayınmağa görə səkkiz fiziki şəxsə və üç şirkətə ittiham irəli sürülüb, bir nəfər isə məkum edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Odkryto" xəbər portalı məlumat verib.

"Məşğul olduğumuz beynəlxalq sanksiyaların pozulması ilə bağlı cinayət işlərinin sayı əhəmiyyətli dərəcədə artıb", — deyə portal Praqanın baş prokuroru Zdenek Ştepanekin sözlərini sitat gətirir.

Onun sözlərinə görə, prokurorluq hazırda 19 belə işə baxır.

Çexiyada bu cür pozuntulara görə üç il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məryəm Quliyeva