Təbrizli işçilər etiraz aksiyası keçirirlər Güney Azərbaycan

Təbrizli işçilər etiraz aksiyası keçirirlər

Təbriz Motogen Şirkətinin bir qrup işçisi tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq altı gündür ki, tətil edirlər.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Məlumata görə, onlar, şirkət işçilərinin maaşları arasındakı fərq, əlavə iş saatlarının ləğvi, işçilərə verilən gündəlik yeməklərin dayandırılması və iş təminatlarının olmamasına etiraz edirlər.

İşçilərin sözlərinə görə, işin dayandırılmasına baxmayaraq, şirkət rəhbərliyi hələ də onların tələblərinə cavab verməyiblər.